Peyvəndlənmə

Source: Meydan TV

Caption: Peyvəndlənmə

Saxta peyvənd sənədi verən 12 həkimin işdən çıxarıldığı bildirilir

Nazirlik, İTSDA və TƏBİB birgə açıqlama yaydı

Peyvənd vurulması ilə bağlı vətəndaşlara saxta sənəd verən 12 həkim işdən çıxarılıb.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

Bildirilir ki, son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır: “Məlumatlar yerindəcə araşdırılıb və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib”.

Araşdırmanın nəticəsi olaraq Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfərin işdən kənarlaşdırıldığı və onların əmək müqavilələrinə xitam verildiyi bildirilib.

Hər 3 qurum göstərilən halların qarşısını almaq məqsədi ilə araşdırmaların davam etdirildiyini açıqlayıb.

Birgə açıqlamada bildirilir ki, hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

Azərbaycanda peyvəndləmə kampaniyasına yanvarın 18-də start verilib.

İndiyədək 1 milyondan çox vətəndaş vaksinasiya olunub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2xoi9r

Most Viewed