Source: Meydan Tv

Satıcı: Əli müəllim heç soruşmadı, qiymətlər niyə qalxır?

Satıcı: Əli müəllim heç soruşmadı, qiymətlər niyə qalxır?

“Bu, pomidor deyil, kartofdu 2 manata. Bahadır...”

Baş nazirin müavini Əli Əhmədov bazardakı məhsulların bahalığından şikayətlənir. Piştaxtaların önünü gəzə-gəzə satıcılara qiymətlərə görə irad bildirir. Lakin bahalığın səbəbləri ilə bağlı heç nə soruşmur.

“Əli müəlim heç soruşmadı ki, bu qiymətlər niyə bahadır? Ancaq elə baxdı, dedi ki, bahadır... Qiymətlər ona görə artır ki, məhsul yoxdur. Baha gəlir, baha satırıq. Nə alıcıya sərfəlidir, nə satıcıya”- Əntiqə Qurbanova deyir.

Aqrar sektor üzrə mütəxəsis Vahid Məhərrəmov Əli Əhmədovun bazara gəlişini qiymət artımının yaratdığı sosial gərginlik ilə əlaqələndirir. Sitat:

“Baş nazir və nazir bazara çıxmamalıdır. Kəndliyə, fermerə dəstək verməli, inhisarçılığın və korrupsiyanın qarşısını almaq haqda düşünməlidirlər. Qeyri-peşəkarlar anlamır ki, kartofun qiymətinin yüksək olmasının səbəbini bazarda axtarmaq lazım deyil. Bazar istehsalın və monopoliyanın güzgüsüdür”.

Bəs Baş nazirin müavini Əli Əhmədovu hansı suallar maraqlandırmalı idi?

İqtisadçı Toğrul Maşallı qiymət artımına əsas səbəb kimi məhsulun əldən-ələ keçməsini göstərir.

Ekspert fermerlərin xarici bazara çıxışına qoyulan məhdudiyyətlərin də yerli bazarda qiymətləri artırdığını qeyd edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/x3lak0

Most Viewed