Source: Meydan.TV

Sanitar qovşaqda zəncirlənmiş qıza görə saxlanılan var

Article was updated on :  24 July 2021

Gəncin anası ilə bağlı da araşdırma aparılır

Bərdə şəhərindəki yataqxanada ümumi istifadədə olan sanitar qovşaqda 18 yaşlı Ə.Yusifzadənin zəncirlənməsiylə əlaqədar tutulan var. Meydan TV-nin əldə etdiyi məlumata görə, qızın anası Şəlalə İsmayılovanın tanışı Ruslan Rzayev bu cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Şəlalə İsmayılovanın özü ilə bağlı da istintaq araşdırmaları aparılır. O da prokurorluqda dindirilib.

Ruslan Rzayevin tutulması xəbərini Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib.

“Aparılmış araşdırmalarla Ruslan Rzayevin Əfsanə Yusifzadəni ayağından sanitar qovşaqda zəncirlə dəmir boruya bağlayaraq, qəsdən azadlığını məhdudlaşdırılması və sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb olunub”, - prokurorluqdan bildirilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3 (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddədə 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gəncin sanitar qovşaqda zəncirlənməsi ilə bağlı məlumat iyulun 23-də yayılmışdı. Prokurorluğun ilkin məlumatında qızın azyaşlı olduğu qeyd edilirdi. Araşdırma zamanı onun 18 yaşı olduğu bəlli olub və kimliyi ictimailəşdirilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  24 July 2021
Featured in:  
Shortlink:   http://mtv.re/abtfk2

Most Viewed