“Sahibkar Londonda yatır, buradakıların da ürəyi yanır”

“Sahibkar Londonda yatır, buradakıların da ürəyi yanır”

Bu gün, martın 27-də mağazaları yanan sahibkarlar aksiya keçiriblər. Sahibkarlar onlara dəyən ziyanın ödənilməsini tələb ediblər. Zərərçəkənləri Nizami Rayon İcra Hakimiyyəti başçısı Arif Qasımov qəbul edib.

“Getdik qəbula, deyir sahibkarlarla saat 4-də görüş olacaq. Amma ortalıqda heç nə yoxdur. Başımızın altına yastıq qoyurlar. Sahibkar Londonda yatır, buradakıların da ürəyi yanır. Mənə lazımdır? Sahibkar gəzir, kef edir, mən acımdan ölürəm. Oğlum da deyir ki, ata şar al. Mənim də pulum yoxdur almağa”, – dükan sahibi deyir.

Sahibkarlar daha sonra «Diqlas» Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov açıq havada görüşüb: «Siz bizə dəstək olun, biz sizə. Kiminsə malı yanıbsa, mənim də evim yanıb. Gedib sahibkarlarla görüşəcəm, görüm onlar nə deyir. Mənə vaxt verin. Təmir edilsin. Camaat işləyib ziyanını çıxartsın. Nisyə mal qoyub satarlar. Bu müddət ərzində icarə haqqı alınmasın…».

Ana səhifəVideo“Sahibkar Londonda yatır, buradakıların da ürəyi yanır”