Rüstəm İsmayılbəyli və atası Hüseyn İsmayılbəyli

Source: Nurlan Libre

Caption: Rüstəm İsmayılbəyli və atası Hüseyn İsmayılbəyli

Rüstəm İsmayılbəyli: Saçlarıma toxunmadan, buraxmayacaqlarını dedilər

Article was updated on :  16 June 2020

Təhsil Nazirliyi önündə aksiya keçirən gənc 15 gün sonra azadlıqda

“Polisə müqavimət göstərməmişəm”

15 sutka inzibati cəza alan Rüstəm İsmayılbəyli iyunun 16-da sərbəst buraxılıb.

Rüstəm İsmayılbəyli iyunun 1-də Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada iştirak edib. Nazirlikdə görüşü bitəndən sonra saxlanıldığını və 18-ci Polis Bölməsinə aparıldığını bildirib. Rüstəm İsmayılbəyli saxlanıldığı zaman polisə müqavimət göstərmədiyini söyləyib.

O, jurnalistlərə həbsi barədə danışarkən İnzibati Qayadada Həbs olunanların Müvəqqəti Saxlama Məntəqəsində fiziki və psixoloji şiddət görmədiyini deyib:

“Bir dəfə göz qorxutmaq üçün blef oldu, vəssalam. Yalnız bu gün, buraxılana yaxın saçlarımı qırxdılar. Amma ona qədər deyirdilər ki, bax, sənin saçlarına toxunmuruq. Sonuncu gün isə saçlarıma toxunmadan buraxmayacaqlarını dedilər”.

Rüstəm İsmayılbəyli telefonunun hələ qaytarılmadığından narahatlığını bildirib:

“Ona görə məlumatsızam. 15 gün ərzində nələrin baş verdiyini öyrənəndən sonra gələcək aksiyalar haqda danışa bilərəm”.

İyunun 1-də bir qrup tələbə pandemiya ilə əlaqədar ali məktəblərdə ənənəvi qaydada dərslər keçirlmədiyinə görə ikinci semestr üzrə imtahanların və yarım illik ödənişin ləğvi tələbi ilə Təhsil Nazirliyi qarşısında aksiya keçirib.

Aksiyanın təşkilatçılarından biri Rüstəm İsmayılbəyli İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydasını pozma) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə günahkar bilinib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 June 2020
Featured in:  
Shortlink:   http://mtv.re/76tset

Most Viewed