“Rustavi 2”

Source: Foto: arxiv

Caption: “Rustavi 2”

“Rustavi 2” jurnalistləri istefa verir

Article was updated on :  22 August 2019

Jurnaliistlər həmkarlarının işdən çıxarılmasına etiraz edirlər

Gürcüstanın “Rustavi-2” televiziyasının jurnalistləri kanalın yeni rəhbərinin televiziyanın bir neçə həmkarını işdən çıxartmaqla bağlı qərarına etiraz əlaməti olaraq işlərindən istefa veriblər,- RFE/RL xəbər verir.

Jurnalistlər vəzifələrindən getməklə bağlı qərarlarını 21 avqust tarixində açıqlayıblar. Bir gün öncə kanalın yeni baş direktoru Paata Salia beş aparıcı müxbiri və aparıcını işdən çıxarıb.

Gürcüstanın əsas müxalifət telekanalı olan “Rustavi 2”-nin yeni sahibi Kibar Xalvaşi (Khalvashi) bir neçə gün bundan öncə media qurumunu satmaq istediyini bildirmişdi.

Xalvaşi deyib ki, “Rustavi 2” maliyyə böhranı yaşayır və kanalın əvvəlki direktoru Nika Gvaramianı vəziyyətə görə günahlandırıb.

Xalvaşinin açıqlaması Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Gürcüstan Ali Məhkəməsinin 2017-ci il mart ayında Xalvaşinin “Rustavi 2”-dəki sahibliyini bərpa etməklə bağlı qərarını qüvvədə tutmasından bir ay sonraya təsadüf edir. Xalvaşi hazırkı gürcü hökumətinə yaxın isim olaraq tanınır.

Tənqidçilər deyir ki, Xalvaşinin televiziya stansiyasındakı hərəkətləri administrasiyanın gələn il üçün keçiriləcək parlament seçkiləri öncəsi media qurumunda siyasi müxalifəti boğmaq cəhdinin bir parçasıdır. Xalvaşi isə deyir ki, o, keçmiş siyasi müxalifət televiziyasını həm siyasi, həm də maliyyə baxımından müstəqil etmək fikrindədir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  22 August 2019
Featured in:  
Shortlink:   http://mtv.re/3e88d4

Most Viewed