Perm Dövlət Universiteti

Source: Tass.ru

Caption: Perm Dövlət Universiteti

Rusiyada universitetdə atışma: ölənlər var

Hadisəni törədən şəxsin saxlanıldığı bildirilir

Sentyabrın 20-də Perm Dövlət Universitetində (PGNIU) naməlum şəxsin odlu silahdan açıdığı atəş nəticəsində ölən və yaralananlar olub.

"RİA Novosti" yazır ki, ilkin məlumatlara görə, 5 nəfər ölüb, 6 nəfər yaralı var.

Hadisə zamanı tələbə və müəllimlər sinif otaqlarında qalıblar.

Sosial şəbəkələrdəki kadrlardan görünür ki, onlardan bəziləri pəncərədən tullanaraq qaçmağa çalışırlar.

Hadisəni törədən şəxs saxlanılıb. Onun şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir.

İstintaq İdarəsinin yaydığı məlumatda isə bildirilir ki, hücumda 8 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

“Şübhəli müəyyənləşdirilib. O, saxlanarkən müqavimət göstərib və yaralanıb”, – məlumatda bildirilir.

İstintaq idarəsinin nümayəndəsi Svetlana Petrenko hadisə ilə bağlı açıqlama verib: "İstintaq onun barəsindəki məlumatları toplayır, hadisənin təfərrüatları müəyyənləşdirilir”.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Perm ərazi prokuroru Pavel Buxtoyarov ərazidə olub.

O bildirib ki, qurbanlara və qurbanların ailələrinə kömək ediləcək.

1 milyon əhalisi olan Perm Moskvadan 1400 km şimal-şərqdə yerləşir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/kkbfph

Most Viewed