Rusiya sülhməramlıları

Source: google.az

Caption: Rusiya sülhməramlıları

Rusiya sülhməramlıların xərclərini ödəyəcək

Putin Qarabağa göndərilən heyətlə bağlı fərmann imzalayıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb. Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya Federasiyası hökumətinə isə tapşırılır:

“a) Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq, sülhməramlı kontingentin öz fəaliyyətini gerçəkləşdirməsi ilə əlaqədar bu kontingentdən olan hərbi qulluqçuların maddi təminatını və onlara pul ödənməsini, o cümlədən onların ailə üzvlərinə əlavə zəmanətlər təqdim edilməklə müəyyən olunmuş qaydada maliyyə xərclərini təmin etmək;

b) Bu Fərmanın gerçəkləşməsi üçün zəruri olan digər qəraralar qəbul etmək, Rusiya Federasiyası prezidentinin qərarını tələb edən məsələlər üzrə isə uyğun təkliflər təqdim etmək”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9o5ttn

Most Viewed