Rusiya Navalnı işində problemlərlə qarşılaşıb

Almaniya onun “Noviçok” sinir maddəsi ilə zəhərləndiyinə qərar verib.

Source: google.az


“Siyasətçinin işi ilə bağlı dəlillər ölkədən çıxarılıb”

Kreml çərşənbə axşamı bildirib ki, Rusiya Almaniyanın zəhərləndiyini dediyi müxalif siyasətçi Aleksey Navalnının işini araşdırmaq üçün problemlərlə qarşılaşıb.

“Reuters” xəbər verir ki, səbəb olaraq müxalif siyasətçinin işi ilə bağlı dəlillərin onun müttəfiqləri tərəfindən ölkədən çıxarıldığı qeyd edilib.

Prezident Vladimir Putinin açıq tənqidçisi olan Navalnı keçən ay Sibirin Tomsk şəhərindən Moskvaya uçarkən özünü pis hiss edib. Daha sonra o, huşsuz halda Almaniyaya gətirilib.

Almaniya onun “Noviçok” sinir maddəsi ilə zəhərləndiyinə qərar verib. Rusiya zəhərlənmə sübutu görmədiyini qeyd edir. Qərb Moskvadan zəhərlənmə ilə bağlı açıqlama tələb edib.

Kremlin sözcüsü Dmitri Peskov Rusiyanın Almaniyadan məlumat almaqda hələ də çətinliklərlə qarşılaşdığını deyib.

Ana səhifəDünyaRusiya Navalnı işində problemlərlə qarşılaşıb