Rusiya sülhməramlıları

Source: Foreign policy

Caption: Rusiya sülhməramlıları

Rusiya MN: Qarabağda sülhməramlılar üçün 30 blok-modul tipli şəhərcik salınıb

Son 3 şəhərciyin Şuşa, Karıkaxa və Cerabetdə salındığı bildirilir

Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbiçiləri üçün 30 blok-modul tipli şəhərciyin inşası başa çatıb.

Bu barədə mayın 8-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Son 3 şəhərcik Şuşa, Karıkaxa və Cerabetdə salınıb.

4 ay ərzində 250, 60, 40, 30 və 15 nəfər üçün nəzərdə tutulmuş 30 şəhərcik, habelə idarəetmə məntəqəsi və komanda heyəti üçün ev inşa edilib.

“Hər bir blok-modul tipli şəhərcikdə idman zalı, hamam, tibb məntəqəsi, mətbəx var. Şəhərciklər elektrik, isitmə, sanitar qovşaqlar, su ilə təchiz edilib. Şəhərciklərin inşasında 600 mütəxəssis və 65 texnika vahidi iştirak edib”, - deyə məlumatda bildirilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/lh68ku

Most Viewed