Source: Google

Rusiya məhkəməsi ekstremist ittihamıyla 5 Krım tatarını həbs edib

Onlar “Hizb ut-Tahrir” İslam qrupunda fəaliyyətə görə günahkar biliniblər

Rusiya məhkəməsi beş Krım tatarını ekstremist ittihamıyla uzun müddət həbs cəzasına məhkum edib,- Azadlıq Radiosu xəbər verir.

Rostovnadon şəhərindəki Şimali Qafqaz Regional Hərbi Məhkəməsi iyunun 18-də beş Krım tatarını Rusiyada qadağan edilmiş, lakin Ukraynada qanuni olan “Hizb ut-Tahrir” İslam qrupunda fəaliyyətinə görə günahkar bilib.

Qərara görə, Teymur Abdullayev 17 il, Rüstəm İsmayılov 14 il, Uzeyir Abdullayev 13 il, Ayder Saledinov və Emil Cemadenov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkum Krım tatarları 2016-cı ilin oktyabr ayında Rusiyanın nəzarətində olan Ukraynanın Krım ərazisində yerləşən evlərində axtarış aparıldıqdan sonra həbs ediliblər.

İki ay sonra onlar Rusiyanın Rostovnadon şəhərində yerləşən həbsxanaya köçürülüblər.

Keçən həftə daha 8 Krım tatarı həbs olunub, “Hizb ut Tahrir” üzvü olmaqda ittiham ediliblər.

Rusiya 2014-cü ildə yarımadanı ələ keçirdikdən sonra Rusiya hakimiyyəti iddia edilən “Hizb ut Tahrir”in fəaliyyəti altında onlarca Krım tatarını təqib edib, həbsə atıb.

Daha əvvəl mart-aprel aylarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Krımda evlərində edilən axtarışlardan sonra 24 tatarı saxlayıb və onları qrupun üzvü olmaqda şübhəli bilib.

Hüquq müdafiəçiləri və qərb dövlətləri Krımda türkdilli Krım tatarlarına qarşı Rusiya hakimiyyətinin həyata keçirdiyi təqib siyasətini repressiya kampanyası adlandırıb.

ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası aprelin 29-da yayımladığı dini azadlıqlar haqda illik hesabatında deyib ki, Rusiya işğalı altında olan Krımda tatar müsəlmanlarını qaçırmağa, işgəncə etməyə və həbs etməyə davam edir".

Rusiya 2014-cü ilin mart ayında Ukraynanın Krım vilayətini işğal edib. Moskva Krımda referendum keçirsə də, səsvermənin nəticələri ən az 100 ölkə tərəfindən qanunsuz hesab edilib. Moskva həmçinin 2014-cü ilin aprelindən etibarən Şərqi Ukraynada təxminən 13 min insanın həyatına son qoymuş Ukrayna hökumət qüvvələrinə qarşı müharibə aparan separatçıları dəstəkləyir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/b2n1nq

Most Viewed