Source: Meydan TV

Rüfət Səfərov: Cinayət işinin açılacağı ilə hədələndim

“2 noyabrda müxalifətin odlu və soyuq silahlarla polisə hücum çəkəcəyini, bu istiqamətdə ciddi hazırlıq işlərinin aparıldığını göstərməli idim”

Demokratik qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyasından sonra 30 sutka inzibati cəza alan sabiq müstəntiq Rüfət Səfərov həbsdə olarkən hakimiyyət tərəfindən təkliflər aldığını deyir.

Bu barədə Rüfət Səfərov “Facebook” hesabında yazıb.

Rüfət Səfərov həbs olunduqdan bir gün sonra özünü təqdim etməyən mülki geyimli şəxs tərəfindən qəbul olunduğunu bildirib:

“Özünü təqdim etməsə də, təxmin etdim ki, ya xüsusi xidmət, ya da daxili işlər orqanlarının əməkdaşıdır. “İslahedici” söhbətlər aparırdı. 15 gün sonra yenidən məni qəbul elədi, yenə də adını və soyadını bildirmədi. Ancaq məlum oldu ki, o, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətlarlıqla Mübarizə İdarəsinin müstəntiqidir. Çünki həmin idarənin rəisinin adına izahat almaq üçün hazır suallarla gəlmişdi. Tələb olunan cavabları yazmayacağım təqdirdə cinayət işinin başlanacağı ilə hədələdi”.

Rüfət Səfərovun sözlərinə görə, adını açıqlamayan müstəntiq ondan Milli Şura, AXCP və Əli Kərimlini İran İslam Respublikasının radikal dini dairlərinə bağlamağı haqda izahat istəyib:

“Eyni zamanda, 19 oktyabr mitinqinin qanunsuz olduğunu bildirməklə bərabər, 2 noyabrda müxalifətin odlu və soyuq silahlarla polisə hücum çəkəcəyini, bu istiqamətdə ciddi hazırlıq işlərinin aparıldığını göstərməli idim. Heç şübhəsiz, bu kimi gülünc ittihamları yağdırmaqdan imtina etdim, müstəqil ictimai fəal kimi qanuna və hüquqa zidd olmayan fəaliyyət göstərdiyimi önə çəkdim. Sonda müstəntiq “Sənə xeyiri olar, yaz” desə də, təşəkkürümü bildirib belə xeyirə ehtiyacım olmadığımı söylədim. O isə “cinayət işi başlanacaq!” deyərək söhbəti bitirdi”.

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədəki qanunsuzluqlara göz yummaqda ittiham etdikdən sonra istefaya çıxıb. O, 2016-cı ildə rüşvət almaq ittihamı ilə həbs olunub. Həmin ilin sentyabrında da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, bu ilin martında Əfv sərəncamı ilə azadlığa buraxılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/n9tjr7

Most Viewed