Rövşən Əkbərov

Source: Meydan TV

Caption: Rövşən Əkbərov

Rövşən Əkbərov: Nazim İbrahimova dedim ki, adam kişi olar...

Prokuror generala iş istədi

Həbsdə olan Milli Qəhrəman, general Rövşən Əkbərovun işi üzrə məhkəmə istintaqı tamamlanıb. Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində prokuror çıxış edərək, generalın 11 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı bildirib ki, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə Rövşən Əkbərovun azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməsi, Məzahir Şıxəliyevi isə yumruqla vurması məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Generala həm qəsdən adam öldürmə, həm də xuliqanlıq ittihamı verilib. Prokuror hadisənin üstündən 20 ildən çox vaxt keçdiyini əsas gətirərək, xuliqanlıq ittihamının xaric olunmasını, Rövşən Əkbərovun yalnız qəsdən adam öldürmə ittihamıyla cəzalandırılmasını təklif edib.

Məhkəmədə Rövşən Əkbərov özü də ifadə verib. O bildirib ki, 2001-ci ildə Kiyevə onu Heydər Əliyev generallar üçün kurs keçməyə göndərmişdi. Onun sözlərinə görə, həmin vaxt Azərbaycanın Ukraynadakı səfirliyində hərbi attaşe vəzifəsini də icra edirdi. General ifadəsində vurğulayıb ki, Elçin Əliyevi hadisə baş verən axşam səfirlikdəki tədbirdə görüb. Onlar səfirlə görüşüb gediblər: “Mən də həmin tədbirdə hərbi attaşe kimi iştirak edirdim”.

Təqsirləndirilən general vurğulayıb ki, həmin gecə tədbirdən sonra hərbi formada kafeyə getməsi, orada Elçin Əliyevgillə eyni masada əyləşməsi və sonra belə bir cinayət törətməsi haqda ittihamda yazılanlar yalandır.

Rövşən Əkbərov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovla hadisədən sonra Kiyevdə oteldə görüşməsi məsələsinə isə belə aydınlıq gətirib: “Hadisəni ertəsi gün eşitdim. Sonra bildim ki, hadisədə mənim adım hallanır. Eşitdim ki, Nazim İbrahimov Elçin Əliyevin ailəsinə onu mənim öldürdüyümü deyib. Hadisədən sonra Bakıdan gəlmişdilər, aralarında Nazim İbrahimov da vardı. Getdim ki, aydınlaşdırım, görüm mənim adımı niyə hallandırıb? Nazim İbrahimov mənə dedi ki, nə danışırsız, siz iqtidarın adamısınız, mən elə söz deyərəmmi? 2002-ci ildə Bakıda “Gülüstan”da da bir çox adamın yanında onunla söhbətimiz oldu. Nazim İbrahimova dedim ki, adam kişi olar, üzdə bir söz deyirsən, arxada başqa söz. Yenə də təkrar etdi ki, belə bir söz deməyib”.

Məhrum Elçin Əliyevin atası Fəday Əliyevi məhkəmədə təmsil edən vəkil Elçin Sadıqov isə təqsirləndirilən generala 15 il həbs cəzası verilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 22-də davam edəcək.

Elçin Əliyev 2001-ci il mayın 31-dən 1-nə keçən gecə Kiyevdəki "Sikora" kafesində ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2wb5tf

Most Viewed