Source: Azərtac

Rövşən Ağayev: Əksər hallarda pul ayrılır, quyu qazılır, amma su çıxmır

"Bir çox yerlərdə quyuları qazıb, pulu alıb, aradan çıxırlar"

6 şəhər və rayonda subartezian quyularının qazılmasına 1.82 milyon manat ayrılıb.

Vəsaitin ayrılması ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Subartezian quyularının qazılacağı bölgələr Gəncə, Naftalan, Yevlax şəhərləri, Goranboy, Göygöl və Samux rayonlarıdır.

Quyular bu bölgələrin əhalisi 60698 nəfər olan 23 yaşayış məntəqəsini su ilə təmin edəcək.

Sərəncamda həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi nəzərdə tutulub.

Bildirilir ki, ümumilikdə 26 subartezian quyusu qazılacaq. Bunun üçün 2021-ci ilin dövlət büdcəsinin investisiya xərcləri bölümündən 1,82 milyon ayrılıb.

Həmin vəsait işin görülməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürüləcək.

Bu, Prezidentin sərəncamı ilə il ərzində bölgələrin su təminatının yaxşılaşdırılması üçün ayrılan vəsaitlərdən sadəcə biridir.

İqtisadçı Rövşən Ağayev deyir ki, burada əsas məsələ vəsaitin ayrılması, quyunun qazılması yox, sonradan bu işə nəzarətin necə həyata keçirilməsidir: “Bir çox yerlərdə quyuları qazıb, pulu alıb, aradan çıxırlar. Sonra oradan su çıxar, insanlar həmin quyulardan keyfiyyətli su içə bilər, ya yox, bu, kimsəyə maraqlı deyil. Üstəlik, ayrılan vəsait də az deyil, yəni 1.8 milyona 26 subartezian quyu qazılacaq. Belə çıxır ki, bir quyu üçün 70 min manat nəzərdə tutulur. Bu pullar nə dərəcədə şəffaf və səmərəli xərclənir? Bu da ayrı bir mövzudur”.

Rövşən Ağayev

Rövşən Ağayev

Source: Rövşən Ağayevin şəxsi arxivindən

Rövşən Ağayevin fikrincə, əksər hallarda quyu qazılır, amma su çıxmır: "Əgər bu quyulardan su çıxmayacaqsa, vəsaitin ayrılması məntiqsizdir. Təxminən 1 il əvvəl Beyləqanda kəndimizdə qazılan subartezian quyusunun ağzı bu gün də qapalıdır".

Onun sözlərinə görə, su resurslarından daha səmərəli və qənaətli istifadə etmək üçün sayğaclaşdırma prosesi də aparılmır: "Maraqlı tərəflərdən biri də qazılan quyulardan su çıxmayandan sonra bu işi layihələndirib-planlayanların məsuliyyət daşımamasıdır".

2019-cu ildə də Prezident sərəncamı ilə 300 subartezian quyusunun layihələndirilməsi və qazılmasından ötrü “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə 21 milyon manat vəsait ayrılıb.

Bu subartezian quyuları isə əhalisi 736 min nəfərə yaxın olan 254 yaşayış məntəqəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və içməli suya tələbatının ödənilməsi üçün idi. Ancaq bölgələrdə su qıtlığı, içməli suyun olmaması ilə bağlı daim şikayətlər olur.

Son illər daha çox Neftçala rayonunun kəndlərində su problemi yaranıb. Eləcə də Aran bölgəsinin rayonları – İmişli, Kürdəmir, Beyləqan, Sabirabad, Saatlıda insanlar daim suvarma suyunun olmamasından şikayətlənirlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/73kqz3

Most Viewed