Leyla Abdullayeva

Source: Xarici İşlər Nazirliyi

Caption: Leyla Abdullayeva

Rəsmi Bakı Yerevanın iddialarına cavab verdi

"Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil"

Rəsmi Bakı Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərini sülh və təhlükəsizliyə təxribat və “Türk-Azərbaycan təcavüzü” kimi qiymətləndirməsinə reaksiya verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil: "Hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi".

L.Abdullayeva bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olsun: "Biz bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib".

Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 15-də yaydığı bəyanatda bildirilir ki, Azərbaycan və Türkiyə prezidentlərinin səfəri regional sülh və təhlükəsizliyə qarşı təxribatdır: "Diqqətəlayiqdir ki, bu səfərdən əvvəl məcburi köçürülmüş yerli erməni əhalisinin dini, tarixi və tarixi-mədəni irsinin məhv edilməsi, o cümlədən hər iki müharibə zamanı Türkiyə-Azərbaycan tərəfindən məhv edilmiş Şuşi Katedralinin təhqir edilməsi ilə nəticələnib. Bir daha vurğulayırıq ki, Artsaxa qarşı son Türkiyə-Azərbaycan təcavüzünün nəticələrinin aradan qaldırılması ATƏT-in Minsk qrupu həmsədrliyi altında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli çərçivəsində həyata keçirilməlidir".

İyunun 15-də Türkiyə dövlət başçısı R.T.Ərdoğan Şuşa şəhərinə gəlib və iki dövlət arasında Şuşa Bəyannaməsi imzalanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/h3wgr2

Most Viewed