Rəmiş vəfat etdi

O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Source: Specify Source


Xalq artistinin həyat yoldaşı: "Ağır xəstəlikdən əziyyət çəkirdi"

Azərbaycanın xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Bu barədə APA-ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

O, R. Hüseynovun bu dəqiqələrdə vəfat etdiyini deyib.

R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb.

O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Rafiq Hüseynov 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifində alıb.

Qədir Rüstəmovu, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov kimi sənət adamlarını müşayiət edib.

Rəmiş 2008-ci ildə Əməkdar artist, 2014-cü ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

Ana səhifəMədəniyyətRəmiş vəfat etdi