Mədəniyyət naziri Anar Kərimov və rejissor Tahir Tahiroviç

Source: Meydan TV

Caption: Mədəniyyət naziri Anar Kərimov və rejissor Tahir Tahiroviç

Rejissor: Bizə yaxşı kino komandası lazımdır

Article was updated on :  1 February 2021

“Kinostudiyadakılara mütləq şərait yaradılmalıdır”

“Azərbaycan kinosunun inkişafı haqqında dövlət proqramı olub. Sənəddə bu sahənin inkişafına dair məqsəd və vəzifələr qeyd edilib. Lakin bunların heç biri reallaşmayıb, elə sənəddə qalıb”.

Rejissor Tahir Tahiroviç mədəniyyət naziri Anar Kərimovun Azərbaycanın Kino Agentliyinin yaradılması fikrini şərh edərkən belə deyib.

“Agentliyin yaradılması yaxşıdır. Lakin bizə yaxşı kino komandası lazımdır. Cəfər Cabbarlı adına Kinostudiyanın hazırkı rəhbərliyi, həmçinin Mədəniyyət Nazirliyin Kino Şöbəsinin rəhbərliyi yaxşıdır. Buradakı uşaqlar həm kinonu yaxşı bilirlər, həm də təmizdirlər. İşinə qarşı təmiz, dürüst olmaq, işin yarısıdır. Onlara mütləq şərait yaratmaq lazımdır ki, işləsinlər”, - rejissor Meydan TV-yə açıqlamasında bildirib.

Mədəniyyət naziri Anar Kərimov deyib ki, Azərbaycan Kino Agentliyinin yaradılmasında əsas məqsəd film sənayesini daha çox inkişaf etdirmək, sərmayə qoyuluşunu artırmaq, xarici investorları cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.

Həmçinin Azərbaycanda kinematoqrafiya sahəsinə investisiyaların cəlbi mexanizmi hazırlanacaq. Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə əksini tapıb.

Bu il üçün büdcə zərfinə daxil olan sənədə əsasən, Azərbaycan kinematoqrafiya sahəsinə investisiyaların cəlbi mexanizmlərini özündə əks etdirən “Azərbaycan sərmayə” (“İnvest in Azerbayjan”) mexanizmlərinin tənzimlənməsi Qaydası” təsdiqlənəcək və icra olunacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  1 February 2021
Featured in:  
Shortlink:   http://mtv.re/bg94ye

Most Viewed