Razi Nurullayev: Kommunal xərclər sıfırlanmalıdır

“Çünki hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq”.

Foto: Prezident.az


Siyavuş Novruzov: “Deputatların davranış qaydaları sərtləşdirilməlidir”

Milli Məclisin videokonfrans formatında işinin davam etdirməsi üzərində işlər aparılır.

Bunu martın 30-da Mili Məclisin iclasında spiker Sahibə Qafarova deyib. O qeyd edib ki, martın 29-da artıq test rejimində videokonfrans keçirilib:

“Bu, elə də asan iş deyil və beynəlxalq təcrübə öyrənilir. Çalışacağıq ki, bu istiqamətdə işlərimizi daha sürətlə aparaq”.


“Apteklərə gün ərzində paylanan 50-100 maska əhalinin tələbatını ödəmir”

Deputat Qüdrət Həsənquliyev isə Azərbaycanda karantin rejimi elan olunsa da, hüquqi anlayış verilmədiyini deyib:

“Parlamentin karantin rejimini təsdiq etməsi üçün hüquqi bazamız yoxdur. Biz hüquqi çərçivəni müəyyənləşdirməliyik”.

YAP-çı deputat Hikmət Babaoğlu seçicilərinin ona apteklərdə maska olmaması ilə bağlı müraciətlər edildiyini xatırladıb:

Deputat Hikmət Babaoğlu – Foto: SəsTv
Hikmət Babaoğlu

“Bununla bağlı tədbirlər planı hazırlanıb. Əlaqədar qurumlardan xahiş edirəm ki, apteklərdə tibbi vasitələrin əlçatanlığını təmin etsinlər. Gün ərzində apteklərə 50-100 ədəd maska paylanır. Bu isə əhalinin tələbatını ödəmir”.

O, qanuna pandemiya və endemiya anlayışlarının da daxil edilməsini təklif edib: “Qanun layihəsində epidemiya şəraitində məhdudiyyətlərin deputatlara şamil olunmamasından söhbət gedir. Ancaq koronavirus bu gün pandemiya mərhələsindədir. Epidemiya virusun bir ərazidə, endemiya bir qitədə, pandemiya isə daha geniş ərazilərdə yayılması deməkdir. Bu nəzərə alınmaldır”.


“Deputatın seçicisi olmayan şəxsi müdafiə etməsi statusuna uyğun deyil”

Onun partiyadaşı Siyavuş Novruzov deputatların davranış qaydalarının sərtləşdirilməsini təklif edib:

“Bəzi deputatlar seçicisi olmayan şəxslərin müdafiəsinə qalxırlar. Bu bizim statusumuza uyğun deyil. Deputatın vəzifəsi öz seçicilərinin problemlərini Milli Məclisdə səsləndirməkdir”.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Hakim partiya funksioneri daha sonra bildidib ki, hazırda üç virusa qarşı mübarizə aparırlar:

“Bunlar koronavirus, Ermənistan və sapı özümüzdən olan baltalardır. Bəziləri xaricdə və daxildə olan vasitələrlə bunun daha da genişlənməsi, hökumətin bunun öhdəsindən gəlməməsi ilə bağlı fikirlər səsləndirirlər. Ancaq xaricdə olan həmin şəxslərin çoxu olduqları ölkələrdə heç çölə çıxa bilmirlər”.


“Kreditlərlə bağlı vətəndaşlara 3 ay möhlət verilməlidir”

İclasda “Daşınar əmlakın yüklülüyü haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsinin məqsəduyğun olmasının qeyd edib.

V.Bayramov bu məsələ ilə bağlı dünya təcrübəsində nümunələrin olduğunu xatırladaraq təklif edib ki, 3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələr yazılmasın.

55554426_2422951921309737_3766900332517392384_o-1-1024×736.jpg
Razi Nurullayev

Deputat Razi Nurullayev də kreditlərin də dondurulmasına ehtiyac olduğunu vurğulayıb. O, eyni zamanda, hazırkı vəziyyətin nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyacın olduğunu bildirib:

“Çünki hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq”.

Ana səhifəİqtisadiyyatRazi Nurullayev: Kommunal xərclər sıfırlanmalıdır