Source: president.az

Ramiz Mehdiyev vəzifəsindən azad edildi

Article was updated on :  23 October 2019

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib.

Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib.

İlham Əliyev “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının” tərkibinə dəyişiklik edərək, Ramiz Mehdiyevi fərd olaraq qurumun üzvü təyin edib.

Ramiz Mehdiyev 1938-ci ildə Bakı şəhərində anadan olub. 1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb. 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib. 1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib.

1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub.1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib.7 fevral 1995-ci ildə Prezidenti Administrasiyasının rəhbəri təyin olunub. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  23 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/fony8x

Most Viewed