Hürü İbrahimova

Source: Foto: Meydan tv

Caption: Hürü İbrahimova

“Qoca qadınam, başım çıxmır deyə, məni belə aldatmalıdırlar?”

Zaqatala sakini bankdan gileylidir

Hürü İbrahimovanın 77 yaşı var. O, Zaqatalada, köhnə, 2 mərtəbəli binadakı mənzilində oğlu, gəlini və iki nəvəsi ilə birgə yaşayır. Mənzil kiçik olduğundan mətbəxi otaq, eyvanı isə mətbəx ediblər. Yoxsa 5 nəfərin 1 otağa sığışması mümkün deyilmiş. Beləliklə, eyvanı mətbəxə çevirmək üçün ailəyə 1500 manat pul lazım olub. Evlərinə bu məbləğ olmadığından, Hürü İbrahimova “Muğanbank”a üz tutub.

“2014-cü il idi. Getdim, dedilər, “heç bir problem yoxdur”. 50 sənət düzəltdilər, imzaladım. 1500 manatı verdilər. Gətirdim verdim oğluma ki, eyvanı düzəltdirək. Nə isə, bank borcum müqabilində pensiyamdan ayda 57 manat kəsməyə başladı. Beləliklə, illər keçdi. Ancaq mənim borcum bitmədi ki, bitmədi”.

Hürü İbrahimova deyir ki, əslində krediti 2 il yarıma bitməli imiş. Ancaq bu günə qədər bitməyib. Hələ də pensiyasından hər ay çıxılır:

“Ümumi pensiyam 203 manatdır. Ondan 57 manat kreditə çıxırlar. Qalanı ilə də işığı, qazı, suyu ödəyirəm. Özümə ən yaxşı halda 2 manat qalır. Yaşlı adamam, dərmanım, həkimim, min problemim var? Ömrü boyu çalışdım, işlədim, əziyyət çəkdim, sonda 203 manat pensiya verdilər. Onun da hamısı çıxılır. Pensiya heç nəyə çatmır”.

Hürü İbrahimova deyir ki, dəfələrlə kreditin niyə bitməməsi ilə bağlı banka gedib. Ancaq onun şikayətini kimsə dinləməyib. Hər dəfəsində “sən bilmirsən, belədir, faizi var” – deyib, yola salırlar:

“Axırıncı dəfə gedəndə mənə dedilər ki, sənin kreditin 2021-ci ildə bitəcək. Halbuki, 2016-cı ilin sentyabrında, ad günümdə bitməli idi kreditim. Götürəndə hesablamışdım”.

Şikayətçi deyir ki, aldığı 1500 manatlıq krediti 5 ildir ödəyir, bitmir. Bankın hesabı ilə hələ 2 il də ödəməlidir:

“Gah dedilər, faiz gəlib, gah da dedilər ki, manatla vermişik, amma dollarla hesablanıb. Nə deyirlər, bilmirəm, anlamıram. Deyirlər, dollar qalxır, kredit də qalxır”.

Şikayətçi deyir ki, aldığı 1500 manatlıq krediti 5 ildir ödəyir, bitmir.

Şikayətçi deyir ki, aldığı 1500 manatlıq krediti 5 ildir ödəyir, bitmir.

Source: Foto: Meydan tv

Hürü İbrahimova krediti “Muğanbank”-dan götürüb. Bank bağlanandan sonra kredit Beynəlxalq Banka keçib:

“İndi Beynəlxalq Banka ödəyirik. İnanın, soyuluruq illərdir. Qoca qadınam, başım çıxmır deyə, məni belə aldatmalıdırlar? Deyirəm, bitib axı kredit. Deyirlər, yox, xala, sən bilmirsən. Axırda mənə dedilər ki, sənin kreditin bitmişdi, amma yenidən gəlib, daha bir 1500 manat da götürmüsən. Vallah, götürməmişəm”.

Hürü İbrahimova 2014-ün sentyabrından bu günə qədər götürdüyü 1500 manatlıq kreditə görə hər ay 57 manat ödəyib. Deyir, 2000-nə yaxın pul qaytarıb. Hamısının qəbzini saxlayır:

“Bunların deməsinə görə, hələ bundan sonra da qaytarmalıyam. Deyirlər, “hara istəyirsən müraciət et”. Kasıb adamıq. 50 kvadratlıq evdə 5 nəfər yaşayırıq. Gəlin, uşaqlar, oğlum, mən. Çətinliklə dolanırıq. Hara da müraciət edirik, baxan yoxdur. Dedik sosial yardıma müraciət edək, onu da deyirlər, “sizə düşmür”. Nədir ki, dağın başında 41 sot torpaq var. Özü də elə yerdədir ki, nə əkmək, nə də başqa nəsə etmək olur”.

Şikayətçi deyir ki, axırıncı dəfə gəlini gedib sosial yardıma görə. Ondan rüşvət istəyiblər. Deyiblər: “Düzəlsə, gərək 3 ayını bizə verəsiniz”. 199 manat edir o da. Nə bilim e, biabırçılıqdır. İmkan vermirlər yaşayaq. Hərə bir tərəfdən çöküb, qanımızı sovurur”.

Beynəlxalq Bankdan Meydan TV-yə şikayəti qeydə götürdüklərini, bu barədə araşdırma aparacaqlarını bildiriblər:

“Yəqin nəsə anlaşılmazlıq olub. Ola bilməz ki, kredit bitsin, ancaq vətəndaşdan hələ də hər ay pul tutulsun. Araşdıracağıq”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/iixzgm

Most Viewed