Source: Meydan TV

Qiyas İbrahimov polis zorakılığına qarşı aksiya keçirdi

Article was updated on :  9 June 2020

Vətəndaş, ictimai fəal polisin son törətdikərinə etiraz edir

Gənc fəal Qiyas İbrahimov iyunun 9-da polis zorakılığına etiraz aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də din!” şüarı yazılmış plakatı oradan asıb. O, bununla polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi “zibil əməliyyatı“na etirazını bildirib.

Hadisə yerinə gələn polislər Qiyas İbrahimovu Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə aparıblar. Polis bölməsinə oğlu ilə birgə daxil olan Şura Əmiraslanova az sonra bayıra çıxıb və jurnalistlərı açıqlamasında bildirib ki, polislər ona Qiyas İbrahimovun izahat yazandan sonra sərbəst butaxılacağını deyiblər.

İyunun 8-də səhər 7 radələrində Çevik Polis Alayı Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən yaşayş binasında əməliyyat keçirib və 11 sakin yatağından qaldırılaraq aparılıb. Buna səbəb kimi iyunun 7-də sakinlərin polisin vətəndaşlara qarşı sərt davranışına etiraz əlaməti olaraq eyvanlardan zibil tullaması olub.

Hadisə ictimaiyyətdı geniş ajiotaj yaradıb.

Saxlanılanlar 15 sutkadan 2 aya qədər inzibati həbs cəzası alıblar. Onlardan Kərim Süleymanlı iyunun 9-da evə buraxılıb. Onun bədənində və üzündə xəsarət izləri var. Sakin zibil atmadığını, buna baxmayaraq 29-cu polis bölməsinə aparılaraq orda 30 nəfər tərəfindən 5 saat döyüldüyünü deyib.

Gənc fəal Qİyas İbrahimin polis zorakılığı əleyhinə aksiyası

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib:

“Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  9 June 2020
Featured in:  
Shortlink:   http://mtv.re/fvqxsm

Most Viewed