Almazbek Atambayev

Source: meydan tv

Caption: Almazbek Atambayev

Qırğızıstanın keçmiş prezidenti Atambayev həbs edilib

Hücum zamanı ən az 80 nəfər yaralanıb

Qırğızıstanın xüsusi təyinatlı polis qüvvələri şiddətli toqquşmalardan sonra keçmiş prezident Almazbek Atambayevi həbs edib.

Azadlıq Radiosu xəbər verir ki, keçmiş prezident bir zabitin ölümü ilə nəticələnən və bir gecəboyu davam edən toqquşmalardan sonra həbs edilib.

Bişkəkin yaxınlığında yerləşən evindən polis karvanıyla paytaxta gedən əsas magistral yol bağlandığından Atambayev ikinci yolla aparılıb.

“İnterfaks” xəbər agentliyi bildirib ki, karvan Atambayevi birbaşa paytaxtda yerləşən Daxili İşlər Nazirliyinin binasına aparıb.

Atambayevin ictimai müdafiəçisi Fərid Niyazov və Sosial Demokrat Partiyasının sədr müavini Kunduz Joldubaeva Atambayevi polis maşınında müşayiət edib.

Qeyd edilir ki, polis avqustun 8-də Atambayevin evinə girərkən əl bombalarından və gözyaşardıcı qazdan istifadə edib. Şahidlər silah səslərinin də eşidildiyini deyib.

Atambayev 2011- 2017-ci illərdə Qırğızıstanın prezidenti olduğu dövrlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya və özünü qeyri-qanuni şəkildə zənginləşdirmək kimi cinayət işlərində ittiham edilir. Atambayev bu ittihamları rədd edir.

Atambayev ilk dəfə polis tərəfindən avqustun 7-də tutulmağa cəhd edilib. Lakin polisin bu addımı uğursuzluqla nəticələnib və altı xüsusi təyinatlı polis Atambayevin tərəfdarları tərəfindən girov götürülüb. Hücum zamanı ən az 80 nəfər yaralanıb. Avqustun 8-də altı nəfər sərbəst buraxılıb.

Qarşıdurmada bir zamanlar yaxın müttəfiq olan Prezident Sooronbai Jeenbekov və Atambayev bir-birini günahlandırır.

Avqustun 8-də Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Jeenbekov Atambayevi ölümlə nəticələnən qarşıdurmaya görə tam məsuliyyət daşıdığını söyləyib. Atambayev isə bunun əksini iddia edir və bütün olanlarda Jeenbekovun məsuliyyət daşıdığını söyləyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/77vzl5

Most Viewed