Qara qutu

Source: Foto: Müdafiə Nazirliyi

Caption: Qara qutu

Qəzaya uğrayan Azərbaycanın hərbi təyyarəsinin "qara qutu"su tapılıb

“Qara qutu"nun texniki vəziyyəti öyrənilir”

Təlim uçuşu zamanı radarlardan itib, qəzayha uğrayan MİQ-29 hərbi təyyarəsinin qara qutusu tapılıb. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, “qara qutu” artıq dənizdən çıxarılıb.

“Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir. Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir”, - məlumatda deyilir.

Hadisə iyulun 24-də ba verib. Polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi “MİQ-29” təyyarəsi radarlardan itib.

Təyyarənin axtarışlarına Türkiyədən dəvət olunan ekspertlər də cəlb edilib. Onların səyi nəticəsində təyyarənin bir neçə qalığı tapılaraq, dənizdən çıxarılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/loey46

Most Viewed