Qətər OPEC-dən çıxır

İlham Şaban: ''Qətər Azərbaycan neftinin 75 faizi qədər qara qızıl istehsal edir''

Qətər 2019-cu il yanvarın 1-dən dünya neft hasilatçılarını birləşdirən OPEC-dən çıxdığını bəyan edib.

Əl-Cəzirə telekanalının məlumatına görə, bunu Dohada mətbuat konfransında Qətərin energetika naziri Səəd əl-Kəəbi deyib.

O bildirib ki, təşkilata artıq bu barədə xəbərdarlıq göndərilib.

“Bu qərar ölkənin dünyada mövqelərini qorumaq şansları baxımından verilib. OPEC-dən çıxmaq yalnız texniki və strateji addımdır və bunun arxasında siyasi motiv yoxdur”, nazir deyib. 

Nazirin sözlərinə görə, bu qərar həmçinin Qətərin yaxın gələcəkdə illik təbii qaz hasilatını 77 milyon tondan 110 milyon tona qədər artırmaq niyyəti ilə verilib. 

Qətər 57 il OPEC üzvü olub. 2017-ci ildə təşkilatın iştirakçıları arasında Qətərin neft hasilatında payı 1,85 faiz təşkil edib. Hazırda bu ölkədə gündəlik 600 min barrel neft istehsal olunur.

Qətərin bu qərarı dünyada son zamanlar neftin qiymətinin kəskin enişindən sonra müəyyən qədər artması fonunda verilib.

Ötən həftə “Brent” markalı neftin qiyməti bir barrelinə görə 58 dollara qədər düşsə də, başlayan həftədə qiymət 62 dollara qədər artıb. Buna səbəb kimi Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft istehsalının azaldılması barədə razılaşma göstərilir.

Dekabrın 1-də məlum olub ki, OPEC üzv ölkələrinə gündəlik hasilatı 1,3 milyon barrelə qədər azaltmağı tövsiyə edib. Hasilatın azaldılması barədə məsələ Vyanada dekabrın 5-7-də baş tutacaq konfransda müzakirə edilməli idi. Ekspertlər düşünürlər ki, Qətərin bu qərarından sonra müəyyən korrektələr ola bilər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-ə bildirib ki, Qətərin OPEC-dən çıxması dünyada neft qiymətlərinə elə də təsir etməyəcək.

O qeyd edib ki, 1,8 faiz neft istehsalında payı olan ölkənin bu qərarı ümumi təşkilat üçün elə də əhəmiyyətli olmayacaq.

İlham Şaban

İlham Şaban

“Qətər Azərbaycan neftinin 75 faizi qədər qara qızıl istehsal edir. Bu məsələdə Qətərlə Səudiyyə Ərəbistanı arasındakı siyasi antoqanizmi də nəzərə almaq lazımdır. Son qərar çox güman ki, burdan irəli gəlir və neft amili deyil. Qətər Səudiyyə Ərəbistanının dirijorluğu altında qalmaqdan vaz keçir”.

Qətər və Səudiyyə Ərəbistanı arasında münasibətlər 2017-ci ilin yayından gərgin vəziyyətdədir. Səudiyyə və Fars körfəzinin bir sıra ölkələri Qətəri İranla sövdələşməyə getməkdə ittiham edərək, onu blokadaya alıblar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/s8cks6

Most Viewed