Babək Həsənli

Source: Meydan TV

Caption: Babək Həsənli

Qardaşı: Babək Həsənova təzyiqlərə son qoyulub

“Digər məhbuslarla yanaşı ona da Ombudsman Aparatının əməkdaşları baş çəkiblər”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Babək Həsənov karantindən ümumi saxlama şəraitinə keçirilib və ona qarşı təzyiqlərə son qoyulub.

Məlumatı məhbus cəbhəçinin qardaşı Cavid Həsənov yayıb.

Cavid Həsənov deyib ki, mayın 21-də qardaşı onlarla telefon əlaqəsi saxlayıb, "karantin"dən ümumi baraka keçirildiyini bildirib:

“Ona qarşı təzyiqlərə son qoyulub. Digər məhbuslarla yanaşı ona da Ombudsman Aparatının əməkdaşları baş çəkiblər”.

Cavid Həsənovun sözlərinə görə, qardaşına təzyiqlərə son qoyulmasında ictimaiyyətin diqqəti, sosial şəbəkələrdə və KİV-də müzakirələr mühüm rol oynayıb:

“Çünki qardaşına münasibətin dəyişməsi 6 saylı həbsxanada ona qarşı qeyri-insani rəftar barədə faktlar açıqlandıqdan sonra baş verib”.

Mayın 15-də B.Həsənov Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra məlum olub ki, onu “karser”ə salaraq alçaldıcı hərəkətlər ediblər.

Mayın 19-da qardaşı Cavidi fəalın yanına buraxıblar. O, mənəvi-psixoloji təzyiq və hədə faktlarını təsdiqləyib.

B.Həsənov 2018-ci il mayın 25-də Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin AXCP-yə maliyyə yardımı göndərməsilə bağlı cinayət işilə əlaqədar həbs olunub.

Rusiya vətəndaşı olan və ötən il mayın əvvəlində Azərbaycana gələn S.Rüstəmli mayın 8-də narkotik ittihamıyla həbs olunub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib. Mayın 25-də isə AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Rüslan Nəsirli həbs edilib. Həm S.Rüstəmligilə, həm də cəbhəçilərə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamları verilib. İddia olunur ki, S.Rüstəmlİ Rusiyadan AXCP-yə 712 min manat pul göndərib.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. S.Rüstəmli bildirib ki, AXCP üzvü olub, 1998-ci ildən ailəsilə Rusiyaya köçərək, kiçik bizneslə məşğul olub. Son iki-üç ildə qazancından Azərbaycanda siyasi məhbus ailələrinə yardım edib. Onun sözlərinə görə, indiyədək göndərdiyi ümumi məbləğ 10 min dollardan çox olmaz.

Bu həbslərdən sonra AXCP sədri Əli Kərimli də bənzər açıqlama verərək bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdur. Onun sözlərinə görə, S.Rüstəmli 500-1000 dollar olmaqla, bir neçə dəfə yardım göstərib: "Ümumi məbləğ təxminən 5-6 min dollar olar".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə isə şərti cəza verilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/g4vpbb

Most Viewed