Gennadi Anaşkin

Source: Twitter

Caption: Gennadi Anaşkin

Qarabağdakı sülhməramlılara yeni komandanın təyin olunduğu bildirilir

Article was updated on :  25 September 2021

General-leytenant Gennadi Anaşkin bu vəzifəni icra edəcək

General-leytenant Gennadi Anaşkin Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin edilib.

Məlumatı "Sputnik-Armenia" yayıb.

Gennadi Anaşkinin sentyabrın 25-də Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin ilk komandanı vəzifəsinə Rüstəm Muradov olub.

O, iki həftə öncə missiyasını başa vurub, qısa müddət üçün bu vəzifədə onu general-mayor Mixail Kosobokov əvəz etdi.

Gennadi Vladimiroviç Anaşkin 1969-ci ildə Samara şəhərində doğulub.

1987-ci ildə orduya çağırılıb, hərbi xidmətini Almaniyada keçib. O, Ryazan Ali Hava-Desant Komanda Məktəbini bitirib.

1998-ci ildən etibarən 116-cı əlahiddə paraşüt-desant batalyonunda xidmət edib, bölüyə komandirlik edib.

1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər G.Anaşkin keçmiş Yuqoslaviyada xidmət edib, Bosniya və Herseqovina Respublikasında sülhməramlı qüvvələrin tərkibində paraşüt-desant batalyonuna komandirlik edib.

G.Anaşkin 2003-cü ildə Rusiya SQ-nin Ümumqoşun Akademiyasını bitirib.

Birinci və İkinci çeçen müharibələri zamanı Çeçenistanda ezamiyyətdə olub.

2007-ci ilin iyunundan 104-cü qvardiya desant-hücum alayına (76-cı qvardiya desant-hücum diviziyası) komandirlik edib. Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ilin avqustunda Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  25 September 2021
Featured in:  
Shortlink:   http://mtv.re/czfgno

Most Viewed