Source: Ramin Deko

Qarabağa azadlıq! - Lökbatanda aksiya keçirilib

Qarabağa azadlıq! - Lökbatanda aksiya keçirilib

Noyabrın 30-da Azərbaycan Xalq Hərəkatı “Qarabağa azadlıq, işğala son”, “Ya azad et, ya çıx get” şüarı ilə mitinq keçirib. Aksiya “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazasında keçirib.

Müxalifətin 19 yanvar mitinqdindən sonra hakimiyyət müxalifət partiyalarının təklif etdiyi yerlərdə yox, məhz Bakıdan kənarda yerləşən Lökbatandakı stadionda aksiya keçirilməsinə icazə verir. Ancaq Milli Şura, Müsavat kimi partiyalar orda mitinq keçirməkdən imtina edərək, şəhərdə etiraz aksiyaları keçirməyə cəhd göstəriblər.

“Bizim bura gəlməkdə məqsədimiz hökumətin bəhanəsini əlindən almaqdır”, - Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu AzadlıqRadiosuna deyib. “Biz istədiyimiz yeri hakimiyyət vermədi. Biz “Məhsul” stadionunda, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydanı istəmişdik. Azərbaycan hakimiyyəti də Baki şəhər İcra Hakimiyyətinin vasitəsilə buranı məsləhət gördü”.

M.Mirəlioğlu Lökbatandaki stadionda mitinq keçirmək qərarını doğru saymadığını, ancaq AXH-də əksəriyyətin verdiyi qərara tabe olaraq mitinqə gəldiyini bildirib.

Mitinq qətnamə oxunuşu ilə başa çatıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2avcp2

Most Viewed