Qarabağ Komitəsi Bakı Şəhər Baş Polis İdarəsini məhkəməyə verməyi planlaşdırıb

Qarabağ Komitəsi iyulun 23-də aksiya keçirmək barədə qəbul etmişdi.

Source: Foto: arxiv


Pənah Hüseyn: ''Hazırda ''Məhsul'' stadionun yaxınlığındayam, ərazidə mülki formada çoxlu polis var''

Qarabağ Komitəsi Bakı Şəhər Baş Polis İdarəsini məhkəməyə verəcək. Səbəb komitənin aksiya keçirməsinə qadağa qoyulması və rəhbər şəxslərin idarəyə çağırılmalarıdır.

Bu açıqlamanı Meydan TV-yə komitənin yetkilisi Pənah Hüseyn verib.

Pənah Hüseyn deyib ki, Bakı Şəhər Baş Polis İdarəsi vətəndaş hüquq və azadlıqlarını kobud şəkildə pozub:

“Guya biz sanksiyalaşdırılmamış aksiya keçirəcəyik deyə tədbirin qarşısı qəti şəkildə alınacaq. Bakı Şəhər Baş Polis İdarəsi bu gün belə bir açıqlama yayıb. Biz məsələni müzakirəyə çıxarıb idarəni məhkəməyə vermək haqda qərar qəbul etdik. Çünki paytaxtın icra hakimiyyətinin cavab məktubunda qadağa və məhdudiyyət yoxdur. Hazırda “Məhsul” stadionun yaxınlığındayam, ərazidə mülki formada çoxlu polis var”.

Qarabağ Komitəsi iyulun 23-də aksiya keçirmək barədə qəbul etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti komitənin müraciətinə cavabında aksiyanın keçirilməsini məqsəduyğun saymamışdı.

Ana səhifəXəbərlərQarabağ Komitəsi Bakı Şəhər Baş Polis İdarəsini məhkəməyə verməyi planlaşdırıb