miqrantlar

Source: Lenta.ru

Caption: miqrantlar

Putin Rusiyada yaşayan miqrantlarla bağlı fərman imzaladı

Article was updated on :  16 June 2021

"Qanun pozuntusuna yol verməsələr, sentyabrın 30-dək Rusiyadan çıxarılmayacaqlar”

Rusiya Prezidenti Vladimir Putin Rusiyada yaşayan və sənədləri qaydasında olmayan miqrantların müvəqqəti olaraq bu ölkədə qalma müddətinin uzadılması haqqında fərman imzalayıb.

Sənəddə bildirilir ki, qərar əhalinin sağlamlığını qorumaq və COVID-19-un nəticələrinin aradan qaldırılması dövründə xarici vətəndaşların hüquqi vəziyyətlərində problemlərin həlli məqsədilə qəbul edilib.

“Əgər onlar qanun pozuntusuna yol verməsələr, bu il sentyabrın 30-dək Rusiyadan çıxarılmayacaqlar”, – deyə fərmanda bildirilir.

Fərman 16 iyun 2021-ci ildən qüvvəyə minir.

Daha öncə, bu ilin aprelində Rusiya Daxili İşlər Nazirliyi keçmiş sovet ölkələrindən olan 1 milyondan çox qanunsuz immiqrantın ölkəsindən çıxmalarını tələb etmişdi.

Onlara Rusiyanı tərk etmələri üçün iyunun 15-dək vaxt verilmişdi.

Bu barədə Parlamentlərarası Assambleyanın iclasında Rusiya daxili işlər nazirinin müavini Aleksandr Gorovoy danışmışdı.

O demişdi ki, Rusiyaya ən çox qanunsuz immiqrant Özbəkistandan gəlib. Onların sayı 332 mindən çoxdur. İkinci yerdə Tacikistan durur - 247.000 nəfər: “Eyni zamanda, Rusiyada hazırda Ukraynadan 152.000, Azərbaycandan 120.000, Qırğızıstandan 115.000, Ermənistandan 61.000, Moldovadan 56.000, Qazaxıstandan 49.000-dən çox qeyri-qanuni miqrant var”.

Gorovoy bildirmişdi ki, əgər özləri çıxmasalar onları özgüclərinə çıxaracaq və Rusiyaya bir daha gəlmələrini əngəlləyəcəklər.

Ötən həftə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyada koronavirus pandemiyası səbəbindən əmək miqrantlarının sayının əhəmiyyətli dərəcədə azaldığını, bunun genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün yetərli olmadığını söyləmişdi: “Son bir ildə ölkədə çox az miqrant qalıb”.

Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı ən son məlumata görə, 2020-ci il koronavirus pandemiyası səbəbindən bu ölkədəki miqrant sayı təxminən iki dəfə azalıb.

Normalda 9-11 milyon arasında olan miqrant sayı indi 6,3 milyona enib.

Noyabrın 1-dək 1,3 milyon əcnəbinin Rusiyada işləmə icazəsi var (bir il əvvəl rəqəm 1,7 milyon olub). Eyni zamanda, 1 milyon miqrantın isə müvəqqəti yaşama icazəsi var.

2020-ci ilin iyununda Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi 2021-ci ildə Rusiyada iş vizası ilə işləyən əcnəbilər üçün kvotanın 104.993 nəfərə endirilməsini təklif etmişdi. Eyni zamanda, miqrantların bazar və dükanların xaricində alver etməsinə qadağa qoyulması təklif edilirdi.

Azərbaycanlı ekspertlər açıqlamalarında Rusiya hökumətinin daim miqrantlardan təzyiq vasitəsi kimi istifadə etdiyini bildirmişdilər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 June 2021
Featured in:  
Shortlink:   http://mtv.re/7k87mh

Most Viewed