Prezidentə müraciət edən kloun: “Ölkədə vəziyyət yaxşı deyil, hamı əziyyət çəkir”

Prezidentə müraciət edən kloun: “Ölkədə vəziyyət yaxşı deyil, hamı əziyyət çəkir”

Aquşa: "Ümid edirəm, cənab prezident borcumuzu silər"

Bu sözləri prezidentə müraciət edən kloun Aquşa deyir:

“Əvvəlki işlə indiki iş arasında yerlə göy qədər fərq var. İşimiz yoxdur hazırda, işsiz qalmışıq. Qeyri-dövlət sektorunda çalışanlar əziyyət çəkir. Pandemiya ilə bağlı ölkədə vəziyyət yaxşı deyil. Hamı əziyyət çəkir.

Aquşa ixtisasca mühəndis olsa da, 13 ildir kloun kimi çalışır. O deyir ki, bu işdən asılıdır və onun başqa gəlir mənbəyi yoxdur. Amma karantin rejimi dövründə işsiz qalıb və maddi durumu aşağı düşüb. Deyir ki, 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət etsə də, rədd cavabı alıb. Səbəb kimi adına torpaq sahəsi olduğu göstərilib:

“Məncə bu, absurddur. Yəni torpağın, maşının bu 190 manata heç bir dəxli yoxdur”.

Aquşanən sözlərinə görə, iş dalınca getdiyi vaxt polis onu 200 manat məbləğində cərimələyib. Bundan sonra o, sosial şəbəkələr vasitəsilə prezidentə müraciət ünvanlayıb:

“Mən ümumiyyətlə, SMS atmamışdım, bu mənim günahımdır. Mən videoda qeyd etdim ki, SMS-in vaxtı qurtarıb, amma SMS heç atmamışdım. Mən düşündüm ki, uşağı təbrik edərəm, heç olmasa mənə 5-10 manat verərlər, mən də evə gələrdim. Amma bu, pandemiya bizi yıxıb sürüdü. Mən prezidentimə müraciət edirəm ki, kimin ki, borcu var, kimin ki, cərimələri var, ümid edirəm, cənab prezident onları silər”.

Aquşanın bu müraciətinə hələlik rəsmi cavab verilməyib.

Ana səhifəVideoPrezidentə müraciət edən kloun: “Ölkədə vəziyyət yaxşı deyil, hamı əziyyət çəkir”