Ilham Əliyev

Source: Foto: Meydan tv

Caption: Ilham Əliyev

Prezident parlamentin buraxılması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib

Ölkə başçısı məsələnin Konstitusiyaya uyğunluğunu dəqiqləşdirmək istəyir

Dövlət başçısı İlham Əliyev Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Məlumatı “Azərtac” yayıb.

Sorğuda bildirilib ki, Milli Məclis deputatlarının səsçoxluğu ilə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib. Qərarda prezidentdən Milli Məclisin Konstitusiyanın 981-ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir:

“Qərara əsasən Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Milli Məclisin Qərarı üzrə yekun Qərar qəbul etməzdən əvvəl, hazırkı şərtlərdə Milli Məclisin buraxılmasının Konstitusiyanın 981-ci maddəsinə uyğun olub-olmayacağı barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zərurəti yaranıb. Qeyd edilənləri və Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini rəhbər tutaraq, xahiş edirəm ki, yaranmış vəziyyətdə Prezidentin Milli Məclisin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisi buraxmasının Konstitusiyaya uyğun olub-olmayacağı barədə qərar qəbul edəsiniz”.

Parlament dekabrın 2-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin olunması haqqında prezident İlham Əliyevə müraciət edilməsi barədə qərar qəbul edib.

Qərarda qeyd edilib ki, deputatlar hazırda Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliklərini və islahatları dəstəkləyirlər və bu islahatlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanr. Qərarda həmçinin bildirilir ki, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə əlaqədar Milli Məclisin sədrinə müraciət ediblər.

Qərarın lehinə 99 nəfər, əleyhinə 1 nəfər səs verib. Daha bir deputat bitərəf qalıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/jg05pw

Most Viewed