Pompeo və Lavrov

Source: google.az

Caption: Pompeo və Lavrov

Pompeo və Lavrov ABŞ seçkilərinə müdaxilədə razılaşmayıb

Tərəflər qarşıdurmayla gərginləşən ikili münasibətləri yenidən qurmağa çalışıb

ABŞ dövlət katibi Mayk Pompeo (Mike Pompeo) Rusiyanı gələn il keçiriləcək ABŞ prezident seçkilərinə müdaxilə etməməyə çağırıb, - Azadlıq Radiosu xəbər verir.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Serqey Lavrov Vaşinqtonun Venesuelada yeni hökuməti qurulmasıyla bağlı təzyiqini İraqdakı ABŞ müharibəsinə bənzədib.

Pompeonun və Sergey Lavrovun şərhləri mayın 14-də Soçi şəhərində təşkil edilən ortaq mətbuat konfransında qeyd edilib. Konfransda hər iki tərəf Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiası, Ukraynada, Suriyada, Venesuelada və digər məsələlərdə davam edən qarşıdurmayla gərginləşən ikili münasibətləri yenidən qurmağa çalışıb.

ABŞ prezidenti Donald Tramp xüsusi məsləhətçi Robert Müllerin (Robert Mueller) istintaqının yekunlaşdığı bir vaxtda Moskva ilə əlaqələrin yenidən qurulmasına çalışır.

Tramp bu ayın əvvəlində Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı istintaqı müzakirə edib. Mayın 13-də Ağ Evdə jurnalistlərlə görüşü zamanı o bildirib ki, gələn ay Yaponiyada keçiriləcək 20-ci qrup zirvə toplantısında Putinlə görüşmək niyyətindədir.

Mətbuat konfransından sonra Pompeo ilə görüşən Putin Moskvayla Vaşinqton arasında əlaqələrin "tam bərpa ediləcəyinə" ümidli olduğunu qeyd edib və o, Trampın da bu yolda irəlilədiyini düşündüyünü söyləyib.

Putin eyni zamanda deyib ki, 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə Rusiyanın müdaxilə etməsilə bağlı heç bir sübut tapılmayıb. O, Müllerin instintaqını məth edib. Lakin eyni zamanda Trampı iddialar qarşısında müdafiə etməyib.

Putin istintaqı "olduqca obyektiv" adlandırıb.

"Biz bir çox dəfə demişik ki, əlaqələrimizi tam şəkildə bərpa etmək istəyirik. Ümid edirəm, bunun üçün lazımi şərtlər yaradılacaq," - Putin deyib.

Kremlin köməkçisi daha sonra deyib ki, rəsmi bir təklif olarsa, Putin Tramp ilə görüşə açıqdır.

Yuri Uşakov Putinin Pompeo ilə keçirdiyi görüşdə heç bir irəliləmə müşahidə edilmədiyini, görüşün sadəcə iş atmosferində baş tutduğunu söyləyib.

Lavrov təxminən üç saatlıq danışıqlardan sonra keçirilən mətbuat konfransında Moskvanın Tramp-Putin görüşünə açıq olduğunu söyləyib, amma bir planın olduğunu təsdiqləməyib.

Lavrov hər iki ölkə "şübhə və ön mühakimələri" yıxmalı və "yeni konstruktiv çərçivə qurmağa başlamalıdır," - deyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/0fmnwk

Most Viewed