Təbriz Əhmədov

Source: google.az

Caption: Təbriz Əhmədov

Polis gülləsinə tuş gələn gənc vəfat edib

Goranboyda baş verən insidenti araşdırmaq üçün generallar ezam olunub

İyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunda polislə yerli vətəndaşlar arasında yaşanmış insdentdə yaralanan Təbriz Əhmədov vəfat edib. Məlumatı Meydan TV-yə T.Əhmədovun yaxınları verib. Bildirilir ki, polisin açdığı güllə gəncin baş nahiyəsindən dəydiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilirdi ki, Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib. Hadisədən az sonra T.Əmrahov və xəsarət almış polis əməkdaşı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirib.

Criminal.az saytının əldə etdiyi məlumata görə, güllə T.Əmrahovun gözündən dəyərək beynini zədələyib. Həkimlərin müdaxiləsinə baxmayaraq keçinib.

Goranboy rayon İcra hakimiyyəti başçısının Qarapirimli kəndi üzrə icra nümayəndəsi Bayram Məmmədov açıqlamasında bildirib ki, cinayəti araşdırmaq üçün Bakıdan iki general Goranboy rayonuna gəlib.

Onun sözlərinə görə, hələlik hadisənin səbəbi tam açıqlanmasa da, insidentlə 6 nəfər saxlanılıb. Onlar hazırda istintaq altındadırlar.

B.Məmmədov deyib ki, T.Əmrahov hərbi xidmətdən hadisədən bir həftə əvvəl gəlib: "Eşitdiyim məlumata görə, polis onlara qarşı kobud rəftar edib, nəticədə hadisə baş verib. Hazırda ailənin başı yas mərasiminə qarışıb. Mərhumun 7-dən sonra yəqin ki bəzi məsələlər aydınlaşacaq".

Goranboya ezam olunan şəxslərin Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov olduğu bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/c6wnxa

Most Viewed