Mirkənan Seyidov

Source: google.az

Caption: Mirkənan Seyidov

Polad Aslanovun işində əsas şahidlərdən biri məhkəmə zalında həbs edildi

Reket jurnalist kimi ittiham edilən şəxsin Sərdar Cəlaloğlunun bacısı oğlu olduğu deyilir

Dövlətə xəyanətdə suçlanaraq həbs olunan "xeberman.com" saytının baş redaktoru Polad Aslanovun işində əsas şahidlərdən biri "BakuNews.az" saytının təsisçisi Mirkənan Seyidovdur. Onun özünü də avqustun 6-da məhkəmə zalından həbs ediblər.

M.Seyidov saytın əməkdaşı Cəlal Məmmədovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirləndirilirdi. İttihama görə, M.Seyidov və C.Məmmədov paytaxtdakı bir sıra kafe və masaj salonlarını idarə edən Mehman Həsənovu onu birabır edəcək məlumatlar yaymaqla hədələyib, pul alıblar. İttihamda bildirilir ki, onlar M.Həsənovdan üç dəfə 400 manat pul alıblar. Növbəti dəfə 1000 manat tələb edəndə isə M.Həsənov polisə şikayət edib.

Məhkəmənin hökmüylə M.Seyidova 4 il 11 ay 28 gün, C.Məmmədova 5 il 3 ay həbs cəzası verilib.

M.Seyidov və C.Məmmədov son sözündə özlərini təqsirli bilmədiklərini, ittihamda yazılanlarla razılaşmadıqlarını bildiriblər. Məhkəmədən də bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Bu iş üzrə zərərçəkmiş qismində tanınan Mehman Həsənov özü də bir müddət əvvəl əxlaqsızlıq yuvası saxlama ittihamıyla həbs olunub.

M.Seyidovun Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bacısı oğlu olduğu bildirilir. Meydan TV bununla bağlı partiya sədrindən münasibət öyrənə bilməyib.

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanovanın bildirdiyinə görə, M.Seyidov öncə ərini Dövlət Təhlükəsizliyi Xidmətilə əməkdaşlığa cəlb etməyə çalışıb, bu qurumla bağlı tənqidi yazıları dayandırmasını istəyib. Lakin P.Aslanov imtina edib. G.Aslanovanın sözlərinə görə, daha sonra o, P.Aslanovun əleyhinə ifadə verib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/t1ahnu

Most Viewed