Peyvəndləmə

Source: Meydan TV

Caption: Peyvəndləmə

Peyvəndləmə prosesinə görə daha bir xəstəxana ilə bağlı cinayət işi başlandı

Xəstəxananın məsul şəxsləri portala peyvəndlə bağlı yanlış məlumat daxil etməkdə şübhəli bilinirlər

Son bir həftə ərzində koronavirusa qarşı mübarizə tədbirləri zamanı pozuntularla əlaqədar xeyli tibb müəssisəsi və onun rəhbərləri, əməkdaşları haqqında cinayət işi başlanıb. Həm cinayət məsuliyyətinə cəlb olunanlar, həm də inzibati qaydada cəzalandırılanlar var.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, vətəndaşların şikayəti əsasında 18 saylı Birləşmiş Şəhər Xəstəxanasıyla bağlı da Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İttihama görə, xəstəxananın vəzifəli şəxslərilə tibb qeydiyyatçıları müvafiq informasiya portalına bir sıra vətəndaşların guya COVİD-19 əleyhinə peyvənd olunmaları barədə yalan məlumatlar daxil edib, başqa zəruri sənədləri hazırlayıblar. İddia olunur ki, onlar bu addımı həmin şəxslərdən aldıqları pul müqabilində atıblar.

“Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi üçün tədbirlər davam etdirilir”, - prokurorluqdan bildirilib.

Son bir həftə ərzində TƏBİB-in tabeliyindəki “Yeni klinika”nın rəhbəri Pərviz Abbasov, Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, Sabirabad rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Fazil Əliyev, 14 nömrəli Bakı Şəhər Xəstəxanasının Xəzər rayon dairəsinin tibb bacıları və digərləri məsuliyyətə cəlb olunub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/s5wj7p

Most Viewed