Peyvəndləmə könüllülük əsasında aparılacaq

Teymur Musayev bildirib ki, sifariş olunan 4 milyon vaksin Türkiyəyə gətiriləcək.

Source: google.az


Proses iki mərhələdə aparılacaq

“Azərbaycanda koronavirusa qarşı yanvarın 18-dən başlanacaq peyvədlənmədə (vaksinasiya) könüllülük prinsipi əsas götürüləcək”.

Bu barədə yanvarın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev məlumat verib.

Teymur Musayev peyvədlənmə strategiyasında növbəti prinsiplərin təhlükəsizlik, şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət və əməkdaşlıq olduğunu deyib:

“Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılmasıdır”.

Teymur Musayevin sözlərinə görə, yanvarın 18-də başlanacaq birinci mərhələdə səhiyyə işçiləri peyvənd olunacaq:

“65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət. Fevralın 1-dən başlanacaq ikinci mərhələdə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar); 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər; Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi; Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

1610782405_0d464ab9-444d-4815-98b2-ddbdec04f026.jpg
Teymur Musayev

Teymur Musayev bildirib ki, sifariş olunan 4 milyon vaksin Türkiyəyə gətiriləcək.

O, artıq Şuşa şəhərində vaksinasiya məntəqəsinin qurulduğunu bildirib.

Teymur Musayev Azərbaycanın COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” peyvəndin aldığını deyib.

O, vaksinlərin iki mərhələdə vurulacağını əlavə edib:

“Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətindən 2 milyon doza “CoronaVac” vaksini alacaq. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.

Ana səhifəSosialPeyvəndləmə könüllülük əsasında aparılacaq