Alan Qarsiya

Source: Meydan TV

Caption: Alan Qarsiya

Perunun eks-prezidenti rüşvət iddialarına görə intihar edib

Alan Qarsiya özünü güllələyib

Perunun sabiq prezidenti Alan Qarsiya rüşvət iddiaları əsasında həbs olunması üçün evinə gələn polisə görə özünü güllələyərək öldürüb,- BBC xəbər verir.

Qarsiya paytaxt Lima şəhərində təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun ölümü indiki prezident Martin Vizarra tərəfindən təsdiqlənib.

Bir qrup Qarsiya dəstəkçisi xəstəxananın qarşısında toplanıb. Polis asayişi qorumağa çalışır.

Qarsiya braziliyalı inşaat şirkəti olan “Odebrext”dən rüşvət almaqda ittiham olunurdu. O, iddialarl inkar edirdi.

Polislər iddialarla əlaqədar olaraq onu həbs etmək üçün evinə göndərilmişdi.

Daxili işlər naziri Karlos Moran jurnalistlərə bildirib ki, polis gəldikdə, Qarsiya telefonla zəng etmək üçün otağa keçib və qapını bağlayıb.

“Dəqiqələr sonra silah səsi eşidilib”, -Moran deyib: “Polis qapını açmağa çalışıb və Qarsiyanı başında güllə yarası ilə birlikdə oturacaqsa ölü tapıb”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/yagvis

Most Viewed