Source: Meydan TV

Penitensiar Xidmət vəkilin cəzalanmasını istəyir

Nemət Kərimli: ''Penitensiar Xidmət yalan məlumat yayır''

Penitensiar Xidmət Əfqan Muxtarlının vəkili Nemət Kərimli ilə bağlı Vəkillər Kollegiyasına şikayət edəcək. Bu barədə “Report” Penitensiar Xidmətə istinadən yayıb.

Penitensiar Xidmət bildirir ki, Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının və “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası“nın tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər.

“Vəkil Nemət Kərimli peşə fəaliyyəti ilə bağlı dəfələrlə istər məhkum Ə.Muxtarlı, istərsə də hüquqlarını müdafiə etdiyi digər məhkum və həbs edilmiş şəxslərlə görüşə gəlib, bu zaman cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına giriş-çıxış qaydaları ilə mütəmadi olaraq tanış edilib.

N.Kərimli cəzaçəkmə müəssisələrinə buraxılış qaydalarını və qanunvericiliyin tələblərini bildiyi halda, sonuncu dəfə məhkum Ə.Muxtarlı ilə görüşdən əvvəl və sonra mövcud rejim qaydalarına riayət etməyib, əməkdaşların qanuni tələblərinə tabe olmayıb, süni olaraq münaqişəli vəziyyət yaratmağa çalışıb.

Görüşdən sonra öz hərəkətlərinə siyasi don geyindirərək baxış prosedurunu “45-50 dəqiqə girov saxlama” kimi qiymətləndirməyə çalışan N.Kərimli guya qanunsuz hərəkətlərə məruz qaldığını qeyd edərək əməkdaşların onunla davranışını təhrif edilmiş formada öz maraqlarına uyğun ictimailəşdirib.

Bununla N.Kərimli bilərəkdən Penitensiar xidmətin fəaliyyəti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd edib, “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə“nin tələblərini pozub.

Bununla əlaqədar Penitensiar xidmət tərəfindən həmin vəkil barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Vəkillər Kollegiyasına müraciət olunub,“- məlumatda deyilir.

Nemət Kərimli isə Meydan TV-yə deyib ki, Penitensiar Xidmət yalan məlumat yayır: “Əgər mən yalan deyirəmsə, həbsxana qarşısındakı kameraları da təqdim etsinlər. Mən bu gün də Əfqan Muxtarlı ilə görüşdüm, amma hər hansı təzyiq olmadı, ötən dəfə isə zorakılıqla qarşılaşdım”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/899jvk

Most Viewed