Source: Meydan TV

Paytaxtda balonla su daşınan məhəllə

Paytaxtda balonla su daşınan məhəllə

70 yaşlı Zoya Şirinova 6 aydır ki, evinə suyu qucağında daşıyır. O, Bakının mərkəzində - “Sovetski” adlandırılan məhəllənin Səid Rüstəmov küçəsində yaşayır.

“Yuxarı evləri sökən kimi başladılar əvvəl telefon xətlərini, sonra da suları kəsməyə. Bizi də qoydular bu günə,”-Zoya Şirinova deyir.

Söküntü başlayan ərazidə kommunal xətlərin kəsilməsi yeni hadisə deyil. Daha əvvəl də müxtəlif söküntü yerlərində belə hallar baş verib. Sakinlər deyir ki, köçürülmə komissiyası onları bu yolla çıxılmaz vəziyyətdə qoyur.

“Bax, evimi yaşayış ola-ola söküblər. 15-20 nəfər polis bir adamın evinə gəlir. İstəyirlər ki, biz buradan çıxıb, daha pis şəraitə köçək. Niyə? Elə qalmışam da burada,”-“Sovetski” sakini Zülfiyyə Xalıqova deyir.

Köçürülmə Komissiyası ilə razılaşmayan sakinlər Prezident Adminstrasiyasına qəbula gəliblər. Onlar tələb ediblər ki, kompensasiyanın məbləği bazar qiymətlərinə uyğun olaraq qaldırılsın. Adminstrasiyadan isə vətəndaşlara verilən məbləğlə razılaşmaları tövsiyə olunub. Sakinlər bunu ədalətli saymır.

"Azərqaz"ın əməkdaşı İbrahim Kəlbalıyev deyir ki, söküntü ərazisində kommunal xətlərin kəsilməsi ilə bağlı tapşırığı yerli icra hakimiyyətləri verir. Yasamal Rayon İcra Hakimiyyətindən isə zənglərimizə cavab verilmədi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ljfprp

Most Viewed