Mina partlayış;

Source: ANAMA

Caption: Mina partlayış;

Partlayışda yaralanan hərbçi vəfat edib

Article was updated on :  16 April 2021

Hərbçi 13 gün əvvəl xəsarət almışdı

İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanan hərbçi vəfat edib.

O, aprelin 3-də Suqovuşan istiqamətində, azad edilmiş ərazilərdə itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Bir müddət öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də bəyanat verərək vurğulamışdı ki, Ermənistan tərəfi işğaldan azad olunan ərazilərdə basdırılan minaların xəritəsini onlara təqdim etmir.

Bəyanatda deyilirdi ki, ötən ilin noyabrında üçtərəfli sazişdən sonra mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85-i (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 April 2021
Featured in:  
Shortlink:   http://mtv.re/00bio9

Most Viewed