Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edib

Gələcəkdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Özbəkistana qastrolu planlaşdırılır.

Source: Specify Source


Şumbola uşaqlara “Təslim olma, mübarizə apar” ideyasını əyani olaraq göstərir

Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıya qastrol səfəri edib.

Teatr kollekti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki gün çıxış edib. Özbəkistanın xalq şairi Qafur Qulamın “Ozornik” (“Şumbola”) tamaşasını təqdim ediblər.

“Şumbola” əsəri tərbiyəvi əhəmiyyət daşıyır. Əsərin qəhrəmanı, təbiətcə dəcəl olan və ipə-sapa yatmayan balaca oğlan hər dəfə müxtəlif qəribə və gülməli vəziyyətlərə düşür və bacarıqla çıxış yolu tapır. Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri olan Şumbola uşaqlara “Təslim olma, mübarizə apar” ideyasını əyani olaraq izah edir.

Gələcəkdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Özbəkistana qastrolu planlaşdırılır.

Ana səhifəMədəniyyətÖzbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edib