“Oskar” mükafatının builki təqdimatı aprelin 25-də Los-Ancelesdə keçiriləcək
Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyasının məlumatına görə, tədbir pandemiya şərtlərinə tam əməl olunaraq reallaşacaq.
Hollivuddakı “Dolbi Teatrı“nda (“Dolby Theatre”) olacaq mərasimdə PSR üsulu ilə ekspress müayinələr aparılacaq.
Martın 16-da aktrisa Priyanka Çopra və həyat yoldaşı, pop-ifaçısı Nik Conas 93-cü dəfə keçiriləcək “Oskar” mükafatına namizədlərin siyahısını
açıqlamışdı.
Kino tədbiri pandemiyaya görə iki ay ertələnib.