Source: google

“Onu şərləyib həbs etməklə ailəsini də ağır vəziyyətdə qoydular”

“Müsəlman Birliyi” Hərəkatının daha bir fəalı 4 il 6 ay azadlıqdan məhrum edildi

“Müsəlman Birliyi” Hərəkatının fəalı, beyin xərçəngindən əziyyət çəkən Şamil Həsənov haqqında hökm çıxarılıb. Oktyabrın 27-də Binəqədi Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, o, 4 il 6 ay azadlıqdan məhrum edilib.

Ş.Həsənov Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 167-3 (dini ekstremist materiallar hazırlama, yayma) maddələrilə təqsirli bilinib.

Ş.Həsənov məhkəmədə ifadəsində ittihamlarla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, evindən silah və dini-ekstremist materiallar tapılması barədə ittihamda yazılanlar yalandır. Son sözündə də həm özünün səhhətinin, həm də ailəsinin durumunun ağır olduğunu vurğulayaraq, məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib.

“Müsəlman Birliyi” Hərəkatından Meydan TV-yə bildirilib ki, hökmdən apelyasiya şikayəti veriləcək.

Ş.Həsənov iyunun 22-də həbs olunub. Yaxınlarının bildirdiyinə görə, onu həmin gün axşam saat 17 radələrində mülki geyimli şəxslər aparıb. Bundan sonra onun haqqında heç bir məlumat ala bilməyiblər: “Bütün gecəni axtarsaq da, heç bir xəbər ala bilmədik. Ertəsi gün səhər saatlarında evə zəng edib dedi ki, Mütəşəkkil Canayətkarlığa Qarşı Mübarizə İdarəsindədi, gəlib evdə axtarış aparacaqlar. Ona görə kimsə gətirib evin açarını idarəyə versin. Evə nə qədər adam gəlib girmişdi. Evdə də nə silah vardı, nə də başqa bir qanunsuz əşya...”

Ailə üzvləri onu da bildirib ki, Ş.Həsənov beyin xərçəngi ilə əlaqədar başından ağır əməliyyat keçirib, daim dərman qəbul etməklə yaşayır: “Üç azyaşlı övladı var, ailəsində çörək gətirən yoxdur. Onu şərləyinb həbs eləməklə ailəni də çox ağır vəziyyətdə qoyublar”.

Yaxınları onun təqsirsizliyini vurğulayır, Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə cəzalandırıldığını düşünür.

Hərəkatın sədri Taleh Bağırzadə də daxil olmaqla, onlarla üzvü hazırda həbsdədir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/7sgxs0

Most Viewed