Source: Meydan TV

“Oktay Gülalıyev də səhlənkarlıq edib”

DİN-in mətbuat xidməti: “Hadisəni qəza, yol hadisəsi kimi qiymətləndirmək lazımdır”

Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 29-da küçədə avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin cinayət işi ilə bağlı açıqlama verib.

“Ayna.az” saytında yayımlanan açıqlamada DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Orxan Mansurzadə deyib ki, hadisədə tək günahkar sürücü deyil, Oktay Gülalıyev də səhlənkarlıq edib, yolu keçə-keçə telefonla danışıb:

“Hələlik, müşahidə kamerası istintaq materialı kimi saxlanılır. Açıq nümayiş olunmur. Hadisəni qəza, yol hadisəsi kimi qiymətləndirmək lazımdır. Bəli, videodan sürücünün məsuliyyətsizliyi görünür. Amma piyada da səhlənkarlıq edib. Əgər o, telefonla danışmasaydı, arxadan gələn təhlükəni daha tez hiss edib, reaksiya verərdi. Nəticədə, daha yüngül xəsarət alardı“.

Orxan Mansurzadə təəssüflənib ki, qəza zamanı avtomobilin Oktay Gülalıyevə çırpılması onun çox pis formada yerə sərilməsinə və başından ağır zədə almasına səbəb olub.

“Oktay Gülalıyev piyada xəttinin üzərində vurulub. Onun hansı vəziyyətdə yolu keçməsinin nə əhəmiyyəti ola bilər?” – sualına isə Orxan Mansurzadə “doğrudur, hər halda, piyada diqqətli olmalı idi”, - cavabını verib.

DİN rəsmisi əlavə edib ki, bu bədbəxt hadisəyə siyasi don geyindirənlər var. Şəxsə qarşı sui-qəsd kimi də qiymət verirlər. Bu, çox səhv fikirlərdir:

“O şəxsi kim, nə üçün öldürmək istəsin ki? Üstəlik, baş verən onlarla bunabənzər hadisədə belə məqamları axtarsaq, məntiqli olmaz”.

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub. Hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.

Oktay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan “City Hospital”a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar. Hüquq müdafiəçisinin vəziyyəti düzəlməyib. Sonra hökumətin dəstəyi ilə İstanbul xəstəxanalarından birinə yerləşdirilib.

Oktay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri adətən saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri əsassız sayırlar. Demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ym424h

Most Viewed