Source: Meydan TV

“O qədər deyirdilər, yazıq, iki uşaqla bu gündəsən, amma oxutdum”

“O qədər deyirdilər, yazıq, iki uşaqla bu gündəsən, amma oxutdum”

Nurlan dünyanı barmaqları ilə tanıyır. Hər şeyi toxunuşla öyrənir. Görmə məhdudiyyətli olsa da, qaranlığı həyatına yaxın buraxmayıb. Bacarıqlarını inkişa etdirir, həm qarmonda çalır, həm də ifa edir. Azərbaycan Milli Konservatoriyasında musiqi müəllimliyi üzrə təhsil alır.

Bacısı Şəbnəm Əhmədova isə eşitmə və nitq məhdudiyyətlidir. Taxdığı aparatların imkan verdiyi qədər səsləri eşidə bilir. O rəsmlər çəkir, əl işlərini sərgiyə çıxarır. Şəbnəm Bakı Pedaqoji Kollecinin rəsm müəllimliyi fakültəsini bitirib.

Bəsti Əhmədova hər gün qaçhaqaçdadır. Qızını sərgiyə aparır, oğlunu dərsə. Hələ dərsdən sonra məşğələləri də olur. Hamısını çatdırmağa çalışır. Deyir, uşaqlarının məhdudiyyətli olmasının, onlarına inkişafına əngəl yaratmamasına çalışır.

“O qədər sözlər deyirdilər... “Yazıq”,” İki uşaqla bu gündəsən”, “Nə qədər əziyyət çəkirsən sən?” Amma gərək uşağın gələcəyin düşünəsən. Bu artıq olub, belədir. Bunun yönümü var, düzəldəcəksən. Mən yaşlaşıram, bunlar böyüyürlər axı, sonraları necə olacaqdı?!”

Ailə Xırdalanda yerləşən birotaqlı mənzilə yerləşib. Bura onların həm qonaq otağı, həm yataq, həm mətbəxidir. Bəsti xanım deyir, kirayədə yaşaya bilmirdilər deyə qardaşı müvəqqəti olaraq bu evi onlara verib. Ailə 1-ci və 3-cü qrup əlilliyi olan uşaqlarını normal şəraitdə saxlamaq üçün 2013-cü ildən ev növbəsindədir.

Nurlan ingilis dili hazırlığına yollanır. Ümidi var ki, yaxşı təhsil alıb işləsə, ailəsini də maddi sıxıntılardan qurtara bilər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/j5u0qb

Most Viewed