Nikaraquanın prezidenti İlham Əliyevlə müqayisə edilir

“Azərbaycan “House of Cards” filminin təkrarı kimi görünür”

Source:
İlham Əliyev və Daniel Orteqa
İlham Əliyev və Daniel Orteqa


“Azərbaycan “House of Cards” filminin təkrarı kimi görünür”

Nikaraquanın prezidenti Daniel Orteqa (Daniel Ortega) və həyat yoldaşı, vitse-prezident Rosario Murillo haqqında yazılmış məqalədə Azərbaycanın hakim ailəsinin adı hallandırılır.

“Miami Herald”

saytının

yazdığı məqalədə deyilir ki, Nikaraqua “House of Cards” filminin əksinin real həyatda yaşandığı siyasi məkandır.

“Prezident Daniel Orteqa (Daniel Ortega) və həyat yoldaşı, cinayət ortağı, vitse-prezident Rosario Murillo birlikdə son bir neçə il ərzində ölkəni ailə biznesi kimi idarə edib. Orteqa son on il ərzində hakimiyyətdə olub. O, ümumiyyətlə, 4 dəfə prezident seçilib. Növbəti seçkilərin 2021-ci ildə keçirilməsi planlaşdırılır. Görünən odur ki, o, müddətsiz hakimiyyətdədir”, – məqalədə vurğulanır.

Yazı müəllif deyir ki, Orteqa və Murillo Netflixdə yayımlanan serialdakı kimi qanuni konstitusiyaya hörmət edən, fədakar dövlət məmurları tək görünür. Lakin Orteqa ailəsi hər şeyi idarə edir, iqtidarda olan Sandinista Partiyasına hökmranlıq edir, mətbuata təzyiq göstərir, vəzifələrindən sui-istifadə edir, gəlirləri mənimsəyir və xalqı talayır. Onlar hökmdar Aktonun aksiomasını sübut edən həyat yaşayırlar: “Mütləq qüvvə mütləq məhv edir”.

Məqalədə daha sonra vurğulanır ki, Amerika Birləşmiş Ştatları indi Amerika bankları və ya tərəfdaşları vasitəsilə həyata keçirilən maliyyə əməliyyatlarını donduraraq, Orteqa-Murillo bandasının hissələrinə əl qoymaq qərarına gəlib:

“Nikaraqua indi tam böhran içindədir. İqtidar korrupsiya və hakimiyyətdə inhisarçılığın nəticəsi olaraq qanunlara riayət edən və əsasən yoxsul vətəndaşları ölkəni tərk etməyə məcbur edib.

Nikaraquanın vitse-prezidenti Murillo prezident olmaq arzusuna nail olmadan öncə vəzifəsini tərk edə bilər”.

Müəllif yazıda Nikaraqua prezidentini Əliyevlərlə müqayisə edir:

“Dram həvəskarları ümidsizliyə ehtiyac duymur – ötən il Azərbaycan prezidenti İlham Əliyev öz multi-istedadlı həyat yoldaşı Mehriban Əliyevanı ölkənin Birinci vitse-prezidenti təyin edib. Siyasi simalar fərqli ola bilər, ancaq Azərbaycan “House of Cards” filminin təkrarı kimi görünür”.

Ana səhifəXəbərlərNikaraquanın prezidenti İlham Əliyevlə müqayisə edilir