Təhsil Nazirliyi

Source: Təhsil Nazirliyi

Caption: Təhsil Nazirliyi

Nazirlik yeni tədris ilində çap olunmuş dərsliklərin sayını açıqladı

"270 adda 7 030 264 nüsxə dərslik çap olunub"

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir.

Nazirliyin açıqlamasına görə, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/82jhhg

Most Viewed