Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev

Source: Report

Caption: Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev

Nazir: İl ərzində suyun 28 faizi itkiyə gedir

Article was updated on :  1 November 2019

“Azərbaycanın su ehtiyatları son onilliklərdə azalıb. Beynəlxalq iqlim modellərinə əsasən, su ehtiyatlarının gələcəkdə azalma ehtimalı var”.

Bu açıqlamanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev oktyabrın 31-də YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Muxtar Babayev Azərbaycanın su ehtiyatlarının Cənubi Qafqazın ümumi su ehtiyatlarının 15%-ni təşkil etdiyini xatırladıb.

Nazirin sözlərinə görə, Kür çayının aşağı axınında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə 20 sm-dən 100 sm-dək aşağıdır: “Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir. 2018-ci ilin oktyabrında səviyyə 70,78 m təşkil edirdi. Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard kub metr suyun 3.6 milyard kub metri (28%) itkiyə gedir”.

Nazir söyləyib ki, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir. O əlavə edib ki, suyun dəqiq uçotunun aparılması, eləcə də tullantı sularının təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsi təklif olunur. Kənd təsərrüfatının inkişafı suya tələbatı da artırır ki, bu da çaylarda sululuğun azalmasına səbəb olur:

“Kənd təsərrüfatında suyun qənaətlə istifadəsinə yönəlik böyük hədəflər var. İnanıram ki, növbəti il ərzində bununla bağlı ciddi proqramlar icra olunacaq. Su ehtiyatlarının qənaətlə istifadə olunmasına nail olmalıyıq. Biz onun səmərəsiz istifadəsinin qarşısını almalıyıq”.

AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov da Azərbaycanın su ehtiyatlarının məhdud olduğu barədə bir neçə il əvvəl deyib. Ancaq o qorxulu bir şey olmadığını da xatırladıb.

Ramiz Məmmədov bildirib ki, qonşu ölkələrlə müqayisədə vahid əraziyə və bir adama düşən xüsusi çəki müvafiq olaraq Gürcüstandan 7,7 və 8,3, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır.

“Amma bu, qorxu, vahimə yaratmamalıdır. Azərbaycanın su ehtiyatları kifayətdir. Sadəcə, onun istifadə olunmasında düzgün siyasətin aparılmasına ehtiyac var”.

Ramiz Məmmədov

Ramiz Məmmədov

Source: Foto: arxiv

R.Məmmədov Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün proqram hazırlanması və bunun üzərində alimlər tərəfindən ciddi iş aparılmasının vacibliyini bildirib:

“Qafqazın ən böyük çayı Araz qolu ilə birlikdə Kür çayıdır. Bu çayların ümumi resursu 26 kubkilometrdir. Onun da 23 kubkilometri insan resursları tərəfindən istifadə olunur. Kür və Araz çaylarının mənbələri Türkiyədə yerləşir. Kür çayı hövzəsinin 52 faizindən çoxu Azərbaycan, qalan hissəsi qonşu dövlətlərin ərazisindən keçir. Son illər Kür çayında suyun azalması müşahidə olunur. Bu tendensiya narahatlıq doğurur”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə deyib ki, Azərbaycanda su qıtlığı nəinki yoxdur, hətta tələbatdan 6-7 dəfə çoxdur. “Ümumiyyətlə, nazirliyin apardığı araşdırma və təhlil ciddi deyil. Artıq yağışlı fəsil gəlir, həm də dünyada suyun səviyyəsi artır, çünki buzlaqlar əriyir”.

Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanın 32,5 milyard kubmetr su ehtiyatı var. Normal qaydada sudan istifadə olunarsa, ildə içməli və suvarma suya tələbatı 5 milyard kubmetrdir:

Vahid Məhərrəmov

Vahid Məhərrəmov

Source: Foto: Meydan tv

“Halbuki, il ərzində 4 milyard kubmetrdən çox su itkiyə gedir. MDB-də su itkisinə görə birinciyik. Əslində, su itkisi məmurlara sərf edir, çünki bundan maddi qazanc götürürlər”.

O qeyd edib ki, Azərbaycanda su ehtiyatı böyükdür.

“Xəzər dənizinin suyunun şirin olduğunu nəzərə alıb ondan da istifadə etmək mümkündür. Sadəcə, bir az baş işlətmək lazımdır. İsraildə su qıtlığı daha ciddidir, amma onlar dəniz suyundan təsərrüfatda geniş istifadə edirlər”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  1 November 2019
Featured in:  
Shortlink:   http://mtv.re/e47r4p

Most Viewed