Source: Meydan TV

Navalnının fondu azərbaycanlı teleaparıcının əmlakını araşdırıb

Nailə Əsgərzadənin jeti, yaxtası haqda məlumatlar var

Navalnı VTB rəhbəri ilə “əlaqəsi olan” teleaparıcı Əsgərzadənin jet, yaxtası haqda məlumat verib.

Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu (KMF) Rusiya Dövlət Televiziyasının aparıcısı Nailə Əsgərzadənin “Bombardier Global 6000" biznes jet və 62 metrlik SEA&Us yaxtasından istifadə etdiyini aşkar edib, - “Current Time” xəbər verir.

KMF əməkdaşları jurnalistin “İnstagram” hesabındakı şəkillərini təyyarələrin və gəmilərin hərəkəti haqqında açıq məlumatlarla müqayisə ediblər. Onlar həmçinin bildiriblər ki, yaxtanın fotoşəkilləri Barselona limanında park edərkən çəkilib.

Biznes jetin hazırda Belizdə ofşor şirkətdə qeydiyyatdan keçdiy bildirilir, lakin jetin mənfəətdarları bəlli deyil. Təyyarənin əvvəlki sahibi VTB Bankın strukturlarından birinin sahibi olub

“Bombardier Global 6000”in qiyməti təxminən 60 milyon dollardır. (KMF isə Bombardier Global 6000-in icarəyə götürülə biləcəyini qeyd edir. Onun icarə qiyməti, istintaqda qeyd edilir ki, uçuşun hər saatına 559 min rubl təşkil edir). Yaxta ofşorda da qeydiyyatdadır, dəyəri 62 milyon dollardır.

Navalnı qeyd edib ki, Əsgərzadənin jet və yaxtadan istifadəsi VTB rəhbəri Andrey Kostin ilə yaşadığı xüsusi “münasibət” səbəbindəndir.

“Nailə Əsgərzadə buna bənzər şeyi özü ala bilməz. O, dövlət telekanalı Rossiya 1-də aparıcı işləyir. O, nə Solovevdir, nə də Kiselev, dövlət təbliğatının ulduzu isə heç deyil”, - Navalnı vurğulayıb. Müxalifət isə bildirir ki, Kostinin VTB-dəki maaşı da yaxtanı saxlamaq üçün kifayət deyil.

KMF-nin araşdırması Nailə Əsgərzadəyə məxsus daşınmaz əmlak barədə də məlumat verir. Belə ki, Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən iki çıxarışda qeyd edilir ki, 2015-ci ildən bəri Nailə Vaqif qızı Əsgərzadə Moskva ətrafındakı Jukovka-3 kotec qəsəbəsində 53 sot torpaq sahəsinə və sahəsi 923 kvadratmetr olan evə sahibdir.

Həmçinin onun Moskvada “Novaya Ostojenka” yaşayış kompleksində iki mənzilə sahib olduğu qeyd edilir. KMF əldə etdiyi daşınmaz əmlak reyestrindən iki çıxarışda bildirilir ki, 2011-ci ildə Əsgərzadə sahəsi 229 kvadratmetr olan mənzilin sahibi olub, 2014-cü ildə isə 155 metrlik bir mənzillərə yiyələnib.

KMF qeyd edir ki, 2019-cu ilin aprel ayında mediaya nəzarət edən Roskomnadzor Rusiyanın VTB dövlət bankı və onun rəhbəri Andrey Kostin, habelə Nailə Əsgərzadə haqda məlumatların keçdiyi minədək internet resursuna çıxışı bloklayıb.

Aprelin 4-də Baza nəşri bildirib ki, “Yandeks.Dzen” əvvəlcə VTB-yə, sonra isə Nailə Əsgərzadəyə məxsus olan yüz milyonlarla dollarlıq mənzil barədə araşdırmanı silib.

Məqalədə deyilirdi ki, Əsgərzadə bu mənzilə VTB rəhbəri ilə münasibətləri sayəsində sahiblənə bilərdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/qbzdoz

Most Viewed