Aleksey Navalnı

Source: İnstagram

Caption: Aleksey Navalnı

Navalnı “Instagram” səhifəsində yaxşılaşdığını sübut edən foto paylaşıb

“Salam, bu, mənəm, Navalnı. Hamınız üçün darıxıram”

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı çərşənbə axşamı Berlin xəstəxanasından - yatağında oturaraq ailəsinin əhatəsində olan fotoşəkil paylaşıb.

“Reuters” xəbər verir ki, o, keçən ay Sibirdə zəhərləndikdən sonra müstəqil nəfəs ala bildiyini deyib.

Fotoşəkil Navalnının keçən həftə komadan çıxdıqdan sonra yaxşılaşmasının ən güclü dəlili hesab edilir. Siyasətçinin mətbuat katibi onun tezliklə Rusiyaya dönməyi planlaşdırdığını təsdiqləyib.

“Salam, bu, mənəm, Navalnı. Hamınız üçün darıxıram”,- siyasətçi “Instagram” izləyicilərinə fotoşəkilin altında yazıb: “Hələ bir şey edə bilmirəm, amma dünən bütün günü müstəqil nəfəs ala bilmişəm. Özüm tək başıma”.

Prezident Vladimir Putinin aparıcı rəqibi olan Navalnı 20 avqust tarixində təşviqat kampanyası zamanı özünü pis hiss edib. Bir neçə gün sonra siyasətçi xüsusi təyyarə ilə Berlinə aparılıb. Almaniya üç ölkədə aparılan laboratoriya testlərindən sonra onun “Noviçok” sinir maddəsi ilə zəhərləndiyini təyin edib və bu səbəbdən Qərb hökumətləri Rusiyadan izahat tələb edir.

Moskva ittihamları əsassız adlandırıb. Kremlin sözcüsü Dmitri Peskov çərşənbə axşamı Moskvanın Navalnı ilə baş verənləri açıqlamağa hazır olduğunu, lakin iş ilə bağlı bəzi məlumatlara ehtiyac duyduğunu vurğulayıb.

O, Fransa və İsveç laboratoriyalarına Navalnının tibbi nümunələri verildiyi halda niyə Moskvaya bu imkan verilmədiyini başa düşmədiyini deyib.

Məsələ 2014-cü ildə Moskvanın Krımı Ukraynadan ilhaq etməsindən və 2018-ci ildə İngiltərədə eyni “Noviçok” sinir maddəsi ilə keçmiş rus agentini zəhərlənməyə cəhddən sonra Rusiya ilə Qərb arasındakı münasibətləri daha da gərginləşdirib.

Almaniya siyasətçiləri hadisədən sonra kansler Angela Merkeli Rusiyadan Almaniyaya qaz gətirən və təxminən başa çatan “Şimal axını 2” boru kəməri ilə bağlı danışıqları dayandırmağa çağırıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5by6ra

Most Viewed